Yeni İl bayramı xüsusi günlərdən biridir. Ona görə, bu günü hərkəs fərqli qeyd etmək istəyir. Dubay məhz o yerdir ki, bayarmı sizin üçün unudulmaz edə bilər.

Odur ki,Hotels24.az Dubayda Yeni İl bayramı barədə məlumatları təqdim edir.

İlk növbədə onu qeyd edək ki, Dubayda bayram atəşfəşanlığı şəhərin bir neçə məşhur yerindən həyata keçirilir. Bu yerlər “Bürc Al Arab” oteli, “Bürc Xəlifə qülləsi” və “Cumeyra Palmasıdır” bu yerlərə bayram günlərində böyük növbə olur, həmçinin giriş də ödənişli ola bilər. Odur ki, bunları nəzərə alıb adları qeyd edilən yerlərə bir qədər tez və hazırlıqlı getmək lazımdır.

Atəşfəşanlıqdan sonra isə özünüz qərar verin Yeni İli harada keçirmək istəyirsiz. Bu Dubayda səsli-küylü əyləncə mərkəzində və ya dəbdəbəli restoranda şam yeməyi də ola bilər.

Dubayda Yeni İl şənlikləri əsasən 4-5 ulduzlu otellərdə və ya dəbdəbəli restoranlarda, terraslı gecə klublarında, lanc-barlarda, çimərliklərdə keçirilir. Şəhərin əksər qonaqları Yeni il gecəsi şampan və ya şərab qəbul etmək istəyirlər. Amma onu da qeyd edək ki, Dubayda heç də hər yerdə spirtli içki almaq mümkün deyil. Əsasən 5 ulduzlu otellərin və bəzi restoranların spirli içki satmaq üçün lisenziyası var.

Yeni İl gecəsi klubda və ya çimərlikdə diskotekada

Yeni ili dəniz kənarında diskoteka və ya barda qeyd etmək istəyənlər bunun üçün Fars körfəzi sahilində yerləşən Yaxt Kluba baş çəkə bilər. Burada Yeni İl gecəsi adətən otelin damında diceylərin bir-birindən fərqli ifaları altında keçirilir. Aşbazlar isə dadlı təamlar hazırlayırlar. Restoranın terrasından lazer və atəşfəşanlq şousuna xüsusi mənzərə açılır. Belə gecədə iştirak təxminən 150 dollar təşkil edir.


Dəbdəbəli restoranda şam yeməyi

Yeni İl gecəsi maraqlı şam yeməyi edəcəyiniz restoranlarda biri də “Bürc Xəlifə”nin 122 mərtəbəsində yerləşən At.mosphere restoranıdır. Qeyd edək ki, Bürc Xəlifə dünyanın ən hündür binasıdır və 122-ci mərtəbəsindən şəhərin istənilən yerində baş tutan atəşfəşanlıq görünür. Burada Yen İl şam yeməyi 700 dollar təşkil edir.

BƏƏ –də ən bahalı restoranlar bəlkə də, dünyada ən bahalı restoranlar “Bürc Əl Ərəb” otelinin 5 restoranıdır. Bunlar Nathan Outlaw at Al Mahara, Al Iwan, Al Muntaha, Bab Al Yam və Scape restoranlarıdır. Bu restoranların xüsusi menyusu, həzin canlı musiqisi və Farz körfəzi ilə işıqlı şəhərə açılan mənzərələri ilə seçilirlər. Qeyd edək ki, bu restoranlarda Yeni İl süfrəsi 2000 dollar təşkil edir.

Səhrada Yeni İl

Əgər siz də Ərəb şeyxləri kimi səhrada qeyri-adi Yeni İl bayramı qeyd etmək istəyirsizsə o zaman Dubay safarisində olmalısız. Buranı sifariş verməklə səhrada ərəblərin xüsusi çadır evlərində qonaqlamaqla fərqli bir Yeni il keçirə bilərsiz. Burada dəvə ilə gəzinti, xına ilə tatu, kvadrasıkıllarla gəzinti və gecənin sonunda milli rəsqlərə və atışfəşanlığa tamaşa etmək mümkündür.

Dubayda istər bahalı və dəbdəbəli, istərsə də az büdcəli lakin , yetərincə yaxşı abu-havası olan otel və restoranları bronlamaqda “OnTravel” turizm şirkəti köməyiniz olacaq. Bundan başqa şirkət səyahətə xərcləyəcəyiniz pulu hissə-hissə ödəmək imkanı da yaradır. Belə ki, Birkart və World kartla 6 aylıq taksit ilə aylıq ödənişi 83 dollar(141 manat) olmaqla da ödəniş etmək mümkündür.

Qeyd edək ki, Dubay turu 30.12.2019 - 02.01.2020 tarixlərində baş tutacaq. Turun qiymətinə aviabilet, 3 gecə 4 gün oteldə qonaqlama, səhər yeməyi və transfer daxildir.

Turla bağlı maraqlananlar +994 12 408 88 88; +994 77 603 58 88; +994 50 603 78 88 nömrələri ilə əlaqə saxlaya bilərlər.