Artıq Yeni İl Bayramına 52 gündən də az vaxt qalıb. Bu isə o deməkdir ki, bir neçə günlük qeyri-iş gününü səmərəli və fərqli keçirmək olacaq. Hətta bu bayram günlərini başqa ölkələrdə də keçirmək də olar. Odur ki, Hotels24.az azərbaycanlı turistlər üçün Yeni İldə maraqlı olan istiqamətlərdən bir haqqqında məlumat təqdim edir. Belə ki, öz Yeni İl əyləncələri ilə dünyada tanınan şəhərlərdən biri də Moskvadır. Bu il şəhərin müxtəlif yerləri ilə yanaşı paytaxt Moskvanın ən gözəl tikililərindən biri olan “Moskva Siti”nin sonuncu , 90-cı mərtəbəsinin damında bayram şou proqramı keçiriləcək.

Meydança Avropada açıq havada olan ən hündür tamaşa meydançası hesab olunur.

Bu meydançada baş verələr Yeni ilə yeni yanaşma ilə başlamaq istəyənlər üçündür. Qonaqlar Avropanın açıq havada olan ən hündür tamaşa binasına qaxlmaqla Moskvanın möhtəşəm Yeni il qiyafəsini görmüş olacaqlar.

Proqrama aşağıdakılar daxildir.

Avropnın ən hündür tamaşa meydanına qalxmaq. Moskva üzərindən quş baxışı ekskursiya, Moskvanın müxtəlif yerlərində baş tutan Yeni İl atəşfəşanlığına tamaşa, Rusiya prezidentinin çıxışı, furşet, animatolar, DJ, buz şəhəri, benqal atəşləri, artistlərin əyləncəli tamaşası daxildir.

Gecəyə uşaqlarla gəlmək istəyənlər 6 yaşdan balaca uşaqlar gətirə bilməzlər.Meydançaya limitli sayda insanlar qəbul ediləcək ki, qonaqlar üçün rahat şərait olsun .

Qiymətə furşetdən bunlar daxildir. Bir neçə şampan bakalı iki nəfər üçün(1 şüşə), əsl Rus peçindən 3 dadlı şirniyyat, kürüdən hazırlanmış buterbrod, narıngi və konfetlər.

Meydançada buz heykəllər olacaq. Qeyd edilən meydançaya qalxmaqla Poklonnaya dağı, Vorobyovy dağı, Kreml, Mədəniyyət Parkı və Rusiya paytaxtının digər gözəl məkanları ayaqlarınızn altında olacaq.

Məlumat üçün bildirək ki, Yeni İl Bayramını Moskvada qeyd etmək istəyənlər “OnTravel” şirkətinin Moskva səyahət paketindən faydalana bilər. Səfərin baş tutma vaxtı 30.12.2019 - 02.01.2020 tarixlərini əhatə edir. Səfərin qiyməti 741 manat (436 dollardır) . Göstərilən qiymətə aviabilet, 3 gecə 4 gün oteldə qonaqlama, səhər yeməyi və transfer daxildir.

“Ontravel”in turlarını digərlərindən fərqləndirən cəhətlərindən biri də qiymətin münasib olması ilə yanaşı , faizsiz kreditlə də təklif olunmasıdır. Belə ki, Bolkart,Birkart və World kartla xarici turların ödənişlərini hissələrə bölüb 6 ayadək faizsiz taksitlə ödəniş edə bilərsiniz. Moskva turu 6 aylıq müddətə faizsiz aylıq ödənişi 123 manata təklif olunur. Turla maraqlananlar +994 12 408 88 88; +994 77 603 58 88; +994 50 603 78 88 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Moskvaya özü bilet alıb səfər etmək istəyənlər isə aviabiletləri aviaradar.az saytından əldə etməklə, otelləri isə Hotels24.az saytından bron etməklə öz turlarını təşkil edə bilərlər.