Kiyev 1991-ci ildən Sovetlər Birliyinin dağılmasından sonra Ukraynanın paytaxtı olub. Bu şəhər Ukraynanın ən böyük şəhərlərindən biridir. Ərazisi 871 kv km dir. Şəhərin şimaldan cənuba uzunluğu 50 kilometr, qərbdən şərqə uzunluğu isə 56 kilometrdi.

Dnepr çayı Kiyevi iki hissəyə ayırır. Çayın sağ sahilində olan şəhərə, 7 rayon daxildir. Bunlar Qolosevskii, Solomenskii, Svyatoşinskii, Obolonskii, Podolskii,Peçerskii və Şevçonskii rayonlarıdır.

Sol sahil Kiyev isə 3 rayondan ibarətdir. Bunlar Darniçkii, Dneprovskii və Desnayanskii rayonlarıdır.

Kiyev əhalisinin sayına görə, Avropada İstanbul, Moskva, London, Sankt-Peterburq, Berlin və Madriddən sonra sayca 7-ci şəhərdir.

Kiyev böyük mədəniyyət və təhsil mərkəzi hesab olunur. Şəhərdə 70-dan çox ali təhsil ocağı, 150 lisey və gimnaziya, 350-dən çox məktəb var. Bundan başqa Kiyevdə 30-dan çox muzey, 15-dən çox teatr var. 2012-ci ildə Kiyevdə Futbol üzrə Avropa çempionatı keçirilib.

Kiyevdə tarixi yerlər

Kiyevdə çoxlu sayda əyləncə mərkəzləri, gecə klubları var. Belə yerlərdə gənclər üçün çoxlu əyləncəli şou proqramlar olur. Bu barədə bir qədər sonra.

Qeyd edək ki, Kiyevdə gecə klubları və əyləncə mərkəzləri ilə yanaşı çoxlu sayda tarixi abidələr və mədəni mərkəzlər var.

Marin sarayı, Qızıl qapılar, Opera teatrı, Kukla teatrı, Su muzeyi, İkinci dünya müharibəsi muzeyi və s bu kimi tarixi muzeylərə baş çəkməklə Ukrayna tarixi ilə yaxından tanış olmaq olar.

Şopinq – alış-veriş

Haqlı olaraq bir çoxları hesab edir ki, Kiyev MDB ölkələri arasında alış-veriş etmək üçün ən sərfəli yerlərdən biridir.

Alış-veriş üçün Kiyevdə turistlərin ən çox üz tutduğu ticarət mərkəzlərindən biri də Kiyevin məkəzində yeləşən “Qlobus” ticarət mərkəzidir. Burada müxtlif brendlərin geyimləri ilə yanaşı , bir-birindən dadlı milli və əcnəbi mətbəxin yeməklərini hazırlayan restoranlar var.

Qida və içkilər

Ukrayna milli mətbəxi, tərəvəzlərdən və ətdən ibarət olan doyumlu yeməkləri ilə məşhurdur. Ukrayna mətbəxinin ən çox tanınmış yeməyi borş və xəmirin içində soyutma kartoşqa(varenniki)dir.

Ukraynada borşun bir neçə cür hazırlanma üsulu var. Bu üsul regionlara görə, dəyişir. Borşun yanında isə “tam xoşbəxtlik üçün” sala və ya istiotlu pampuşki verilir.

Ukraynada varennikini ətlə, kartoşqa və hətta tərəvəz və meyvə ilə hazırlayırlar. Vareniki süfrəyə xama və ya yağla verilir.

Məşhur Ukrayna içkilərindən isə ənənəvi uzvar, müxtəlifcövhərlər və kvası dadmaq mütləqdir.

Həmçinin Ukraynada yerli adlara uyğun “fast-food” qidaları təklif edən restoranlar da var. Bunlar “Puzata Xata”, “Dva Qusya”, “Peçena Kartoplya”, “Drova”, “Şvidko” adlı məkanlardır.

Gecə klubları əyləncə

İndisə keçək bir qədər əvvəl haqqında qeyd etdiyimiz Kiyevin gecə klubları haqqında məlumata.

Kiyevdə günün batması ilə gecə həyatı başlayır. Şəhərdə dəbli gecə klubları və rəqs meydanlarında gənclərin rəqs məharətini göstərməsi hər bir Kiyev klubuna xüsusi gözəllik verir. Ümumilikdə ukraynalılar mehriban və dostluğu sevən olması tanış olduğunuz insanların əksəriyyətindən xoş münasibət görəcəyinizə təminat verir.

Kiyevdə əksər gecə klubları və barlar Kreşatik küçəsində yerləşir. Həftəsonları və bayram günlərində Kreşatikin mərkəzinə nəqliyyatın girişinə qadağa qoyulur. Bu küçədə yerləşən gecə klubları axşam saatlarından səhərə kimi fəaliyyət göstərir. Kiyev klublarında qızlar daimi çox olur. Səbəb isə gecə klublarına kişilərdən fərqli olaraq xanımların girişi ödənişsizdir.

Yerləşmə yerinə görə, turistlərin Kiyevdə ən çox baş çməkdiyi yerlərdən biri də “Kiyev Arena”dır. Amma bu kimi yerlərdə ehtiyyatlı olmaq tövsiyyə olunur. Çünki burada turist “ovuna” çıxan çoxlu sayda ukraynalı xanım olur. Odur ki, “eşq toruna” düşməmişdən öncə yaxşı fikirləşmək lazımdır.

Kiyevin ən məşhur gecə klublarından biri də “Kiyev Arena”nın 7-ci mərtəbəsində yerləşən “SkyBar”dı. Klub cümə axşamından şənbə gününə kimi saat 23:00-dan 06:00 kimi işləyir. Klubun şəhərə mənzərəsi olan terrası xüsusi gözəlliyin şahidi olmağınıza imkan yaradacaq. Bura gecə klubu olmaqla yanaşı həm də restoran və karaoke klubu ilə də məşhurdur.

“SkyBar” Kiyevin ən bahalı gecə klublarından biri hesab olunur. Burada əsasən iş adamlarının istirahət etmək üçün baş çəkdiyi yerlədrən biri olduğu bildirilir.

Kiyevin mərkəzindən 4 kilometr aralıda “Saxon Club” (Mykhaila Maksymovycha St, 4, Kiev)də yerləşir. Yerli gənclər arasında Saksonski klub adlanan məkan, bazar ertəsi-cümə günləri 9:00-dan 06:00 kimi, şənbə və bazar günləri isə 18:00-dan 07:00-kimi çalışır.

Bu gecə klubu əsasən gənclərin,tələbələrin topladşığı yer kimi qəbul edilir. 3 mərtəbədən ibarət gecə klubun 3-cü mərtəbəsində olan rəqs zalı isə daha böyükdür. Bu mərtəbə az işıqlı , dəri kreslolardan ibarət və müxtəlif cür içkilərin verildiyi məkandır.

Ümumilikdə Ukraynada gecə klubları ilə yanaşı tarixi abidələr və mədəniyyən mərkəzləri də də olduqca çoxdur. Odur ki, bu ölkəyə hər il bir çox ölkələrdən yüzlərlə turist gəlir.

Ukraynaya necə səfər edə bilrəm sualına cavab axtaran azərbaycanlı turistlər isə OnTravel turizm şirkətinin 050 603 78 88 və 077 603 58 88 telefon nömrələri əlaqə saxlamaqla münasib qiymətə səfər paketi ala bilərlər. Səfəri özü təşkil etmək istəyənlər isə Aviaradar.az saytından aviabilet, Hotels24.az dan isə otel bronlamaqla səfəri reallaşdıra bilər.