Yay mövsümündə əsasən də paytaxt Bakı sakinlərinin ən çox səfər etdiyi yelərdən biri Xəzərin sahilində yerləşən Nabran qəsəbəsidir. Burada çoxlu sayda istirahət mərkəzləri var. Hazırda da adı çəkilən məkanın hotellərində çoxlu sayda istirahət edən insanlar var. Odur ki, Hotels24.az bölgələrdə ki, hotellər silsiləsindən bu dəfə Nabranda yerləşən mehmanxanalar barədə məlumat vermək qərarına gəlib.

Məlumat üçün bildirək ki, qiymətlərə 1-7 avqust tarixlərində 2 nəfərin qonaqlaması daxildir. Göstərilən qiymətlərə əsasən səhər yeməyi və əyləncə mərkəzlərindən istifadə daxildir. Amma istəkdən asılı olaraq qidalanmanın sayını 3 dəfə də etmək olar. Bu zaman isə təbii ki, qiymət artacaq. Misal olaraq “River İnn Boutique Hotel”də kotteclərdə qonaqlamaqlagün ərzində 3 dəfə qidalanma günü 199 manat olduğu halda, yalnız səhər yeməyi ilə gecələmək 139 manatdır. Hotelin apartmanında iki nəfərin bir gecə qonaqlaması isə 219 manatdır. Bura səhər yeməyi də daxildir.

Ümumilikdə isə Nabranda 1 gecəlik qonaqlama qiymətləri 26 – 343 manat arasında dəyişir.

River İnn Boutique Hotel – 1393 manat

VOGUE Nabran Hotel – 1320 manat

Dəniz Guest House – 270 manat

Pavilion Guest House – 600 manat

Uğur - 178 manat

El Faro Hotel – 1176 manat

Atlant Holiday Village 4* - 1068 manat

Grinvil Family Resort – 2400 manat

Bulaq Hotel – 530 manat

Nabran Bağ evi – 1950 manat