İspaniya Cənubi Avropada yerləşir . Bu ölkə gözəl çimərlikləri, əyləncəli gecə həyatı, bir çox tarixi mədəniyyət məkanları və qədimi şəhərləri ilə daim turistlərin diqqətini çəkir. İspaniya təbiəti olduqca zəngindir. Burada yalnız çimərliklər və qumlu sahillər yox, həmçinin sıx meşəliyi olan ərazilərdən, yüksək dağlıq yerlərə qədər var.

İspaniyanın bir çox gözəl şəhərləri arasında paytaxt Madrid, Barselona , Pamplonu və Sevilya şəhərlərini xüsusi qeyd etmək olar.

İspaniyada iqlim

İspaniya üçün yumşaq ilqim xarekterikdir. Ölkə bütövlükdə demək olar ki, aralıq dənizi iqlimi təsiri altındadır. Qeyd edək ki, bu iqlim Avropada ən mülayim iqlim hesab olunur. Yay mövsümündə ölkənin cənub mərkəzi ərazilərində tempratur +30 və hətta +40 dərəcəyə belə çatır. Qışda isə İspaniyada iqlim soyuq və yağıntılı olur.

İspaniyada havanın temperaturunun mənfiyə düşməsi demək olar ki, çox nadir hadisədir. Hətta yanvarda belə temperatur əksər hallarda müsbət 5 dərəcədən aşağı düşmür.

Şəhərlər və regionlar

Ölkənin əsas ən böyük şəhərləri Madrid və Katoloniya əyalətinin paytaxtı Barselona şəhərləridir. Ölkənin məşhur turizm marşrutlarının keçdiyi şəhərlər sirasına Madrid və Barselonadan başqa Valensiya, Salou, Toledo, Qranada, Malaqa, Bilbao və digərləridir.

Madrid paytaxt olmaqla yanaşı, həm də ölkənin iqtisadi və mədəni mərkəzidir. Qədim Madriddə çoxlu sayda tarixi abidələrin olması bu şəhərə açıq havada muzey adını qazandırıb.

Barselona İspaniyanın əsas turizm mirvarisi hesab olunur. Şəhər ölkənin ikinci ən böyük şəhərlərindən biridir. Barselonanın limanı Avropada ən çox yüklənən limanlardan biri hesab olunur.

Valensiya İspaniyada Madrid və Barselondan sonra üçüncü ən böyük şəhərdir. Qədim Valensiya öz qədimi və müasir abidələri daim diqqət mərkəzində olmağı bacarıb.

Ümumilikdə İspaniya 17 avtonom vilayətə daxil olan 50 əyalətdən ibarətdir. Həmçinin İspaniyanın tərkibində iki avtonom şəhər Seuta və Meliliya yerləşir.

Haralara getmək olar ?

İspaniya festivallar ölkəsidir. Hər il bu ölkədə yüzlərlə müxtəlif incəsənət növlərini əhatə edən festivallar keçirilir. Əgər Katalonoyaya səfər etsəz Barselonada keçirilən paradlara baş çəkə bilərsiz.

İyun-iyul aylarında Qranada şəhərində beynəlxalq musiqi festivalı keçirilir. İyulun ikinci yarısı avqustun əvvəlində isə Santanderedə musiqi festivalı start götürür. Hər il avqustun əvvəllərində baş tutan festivallardan biri də Meridə keçirilərn teatr festivalıdır.

İspaniyada fiestilər

Fiesti – kütləvi şəkildə milli və dini zəmində təşkil olunan bayram tədbirləridir. İspaniyada bu tip tədbirlər çoxdur . Hər il İspaniyada fiestilar digər ildəkindən daha dəbdəbəli və rəngarəng təşkil olunur. Ən məşhur fiestilər isə aşağıdakılardı.

Valensiyada Falyasa bayramı – 19 mart – Falyasanın yandırılması – Pape –maşe kuklalarının yandırılması və öküz döyüşləri

Aprel yarmarkası – Pasxa bayramından 10 gün sonra qeyd olunur. Bu bayramda insanlar küçələrə axışır və hər yerdə insanlar rəqs edib əylənir.

Fiesta – İsidro – Hər il 15 mayda keçirilir. Madridin qoruyucusunun şərəfinə keçirilir. Bu bayramda öküz döyüşləri keçirilir və müsiqi , rəqslə müşayət olunan ümumilli xalq gəzintisi təşkil olunur.

Ümumilikdə fiestaların sayı olduqca çoxdur. Sadəcə bir neçəsini qeyd etdik.


İspaniyada nəqliyyat

Avtobus dayanacaqları şəhərin əksər hissələrində bir çox yerlərdə var. Avtobusların hərəkət marşrutu isə turism informasiya mərkəzlərində , avtovağzallarda və avtobus dayanacaqlarına yaxın kösklarda olur. Şəhər avtobuslarında qəbul olunub ki, sərnişin qabaq qapıdan daxil olub arxa qapıdan düşsün . İspaniyada şəhər avtobusları səhər 5:30 dən 00:00 kimi işləyir. Gediş haqqı üçün ödəniş isə İspaniyada bir qədər fərqlidir. Belə ki, gediş haqqını ödmək istəyən şəxs öncədən neçə nəfər olduqlarını və hara getdiklərini bildirdikdən sonra sürücü müvafiq gediş haqqını deyir və çeki təqdim edir. İspaniyada şəhər mərkəzində hərəkət edən avtobuslar qırmızı rəngdə olur. İspaniyada qatarla müqayisədə avtobus ilə səyahət daha ucuzdur. Məsafədan asılı olaraq avtobusla səyahət biletinin qiyməti 40-45 avrodan baha olmur.

Mətbəx

İspaniya mətbəxi tərəvəzlərdən və əsasən ət məhsullarından ibarətdir. İspaniya mətbəxində ədviyyatlarda elə də çox istifadə olunmur. Böyük şəhərlərdə McDonalds və Burger King tapa bilərsiz. İspaniya şəhərlərində pizzaya maraq durmadan artır.

İspaniyada yerli istehsal olan əla növ pendirlər almaq olar. Ən məşhuru Queso Manchego adlı pendir növüdür. Həmçinin Cabrales, Tetilla, Mahon kimi məşhur pendirlər də var.

Morsilya – Xüsusi ədviyyatlarla donuz ətindən hazırlanmış kolbasadır. Hisə verilmiş və qurudulmuş növləri var.

Çorizo – Məşhur kolbasa növüdür. Tərkibində donuz əti, sarımsaq və bibər olur. Bir neçə formada və bir neçə cür olur.

İspaniyaya necə getmək olar?

Turistlər üçün iqlimi qədər özü də isti münasibət göstərən İspaniyaya siz də səfər etmək sitəyirsizsə o zaman aviaradar.az saytı vasitəsi ilə aviabiletinizi Hotels24.az dan isə otelinizi bron etməklə səfər edə bilərsiz. Həmçinin sadəcə OnTravel turizm şirkətinə zəng etməklə də nəinki İspaniya həmçinin digər Avropa ölkələrinə də səfər edə bilərsiz.