Qazaxıstanın paytaxtı insanları öz gözəlliyi ilə daim təəccübləndirib. Bu şəhər günümüzdə də böyüməkdə inkişaf etməkdədir. Amma son bir neçə gün ərzində paytaxt Astananın adının dəyişdirilməsi haqqında "gəzən" söz-söhbətlər də insanlar arasında böyük maraq doğurub. Bu söz-söhbətlərə isə bu gün yekun vurulub.
Belə ki, Astana şəhərinin adı rəsmi şəkildə dəyişdirilərək Nur-Sultan olub. Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Yeni prezident Kasım-Jomart Tokayev Qazaxıstan paytaxtının adının dəyişdirilməsi ilə bağlı Konstitutsiyaya düzəlişi imzalayıb. Qeyd edək ki, Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Astananın adının ilk prezident Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılması təklif ilə çıxış etmişdi.
Hotels24.az olaraq Astana şəhərinin adının dəyişdirilməsini nəzərə alaraq bu şəhərin gəzməli və görməli yerləri haqqında məlumat toplamışıq. Kim bilir bəlkə kimsə elə şəhərin adının dəyişdirilməsi münasibəti ilə bu ölkəyə getmək istədi. Odur ki, keçmiş Astana indiki Nur-Sultan haqqında məlumatı olmaq istəyənlər buyurub məqaləni oxuya bilər.
Nur-Sultan şəhərinin ərazisi 710.200.000 m² . 2016-cı ilin statistikasına görə, əhalisi 880.191 nəfər olub.
Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Aqmola, 1992-dən 1998-ə kimi isə Çelinoqrad adlandırılıb. 1999-cu ildən YUNESKO tərəfindən "Dünyanın şəhəri" statusunu alıb.
Astananın salınmasında ölkənin 71 şəhəri, 432 tikinti şirkəti iştirak edib. 135 zavod isə onu tikinti materialları ilə təmin edib. Layihələrə yaponiyalı Kise Kurokava və britaniyalı Norman Foster kimi dünyanın tanınmış memarları rəhbərlik edib.
Astana-Bəyterek abidəsi şəhərin simvolu və vizit kartı hesab olunur. Monumentin hündürlüyü 105 metr, ağırlığı isə 1000 tondur. 97 metr yüksəklikdə şəhərin panoramasını seyr etmək üçün rəsədxana yerləşir. Buradan paytaxtı əlinizin içi kimi görə bilərsiniz. Adibəyə qalxmaq üçün liftdən istifadə olunur. Həmin zalın ortasında dünyanın 17 din xadiminin imzası olan 17 ləçəkli qlobus yerləşir. Həmin rəqəm burada təsadüfi xarakter daşımır. Binada qalereya, böyük akvarium və restoran yerləşir. Bəyterek dünyada 22 metr diametri, 300 ton ağırlığı olan, beş dirək üzərində dayanan və günəş şüalarının təsiri ilə tez-tez rəngini dəyişən şüşədən hazırlanan yeganə şardır. Bəyterek sözünün mənası hündür qovaq ağacı deməkdir. Abidənin maraqlı fəlsəfəsi var. Bu yumurtalarını qovaq ağacının başında qoyan xoşbəxtlik quşu Simurqla bağlıdır.
Qazaxıstana ən rahat səfər etməyin yollarından biri OnTravel turizm şirkətinin 050 603 78 88 və 077 603 58 88 telefon nömrələri əlaqə saxlamaqla münasib qiymətə səfər paketi almaq olar. Səfəri özü təşkil etmək istəyənlər isə Aviaradar.az saytından aviabilet, Hotels24.az dan isə otel bronlamaqla səfəri reallaşdıra bilər.
Yaşıl-Su Bulvarı
Yaşıl-Su Bulvarı fantanlar arasında gəzinti üçün əla yer hesab oluna bilər. Bu küçədə bina hündürlüyündə olan qeyri-adi güllər həmçinin etno elementlərlə zəngin tikililər bu yerə xüsusi gözəllik verir.
Xan çadırı
Şəhərdə olan bu Xan çadırı , başqa çadırlara heç oxşamır. Bu çadır dünyanın ən böyük çadırıdır. Arxitekturu Norman Foster olduğu bu çadır ticarət mərkəzidir. Burada butik və dükanlardan başqa uşaqlar üçün atraksionlarla yanaşı dinozavrları və Sky Beach Club adlı çimərliyi də var. Çimərliyin qumu Maldiv adalarından gətirilib. Suyun tempraturu isə daim 35 dərəcə olur.
Sülh və Uyğunluq sarayı
İşima çayının sağ sahilində inşa edilən qeyri-adi piramidanın hündürlüyü 62 metrdi. Burada bir çex beynəlxalq tədbirlər keçirilir.
Nur-Astana Məscidi
Dörd minarəli böyük məscid şəhərin mərkəzində yerləşir. Məscidin kümbəzi qızılla işlənib. İbadət məkanın içərisində isə Qurani-kərimdən olan surələrdən ibarət ayələr yazılıb.
Məscid Həzrət Sultan
Paytaxta yerləşən digər böyük bir məscid isə İşima çayının digər sahilində yerləşir. Hazırda Məscid Həzrət Sultan mərkəzi Asiyanın ən böyük məscidlərindən biri hesab olunur. Burada eyni zamanda 10 min insan ibadət edə bilər.
Ölkə prezidentinin Ak Orda iqamətgahı
Rəsmi statusu olmasına baxmayaraq Ak Ordaya istənilən şəxs ekskursiya edə bilər. Rəsmi görüşlərin keçirildiyi tikili 4 mərtəbəlidir, otaqların hündürlüyü isə 10 metrdi. Ak Orda qış bağı və bir çox xüsusi özəllikləri olduğu bildirilir.
Duman əyləncə mərkəzi
Adı çəkilən əyləncə mərkəzinin əsas göstəricisi burada böyük okeanariumun olmasıdır. Nəhəng akvarium dənizdən 3 min kilometr aralıda yerləşir.
Qazax Ali abidəsi
Abidə Azadlıq meydanında Həzrət-Sultan məscidi və Sülh və Uyğunluq sarayının yaxınlığında yerləşir. Abidə Qazağıstanın 1991-ci ildə qazandığı müstəqilliyin simvolu hesab olunur. Abidənin hündürlüyü rəmzi olaraq 91 metrdi.
Qazağıstan Milli muzeyi
Qazağıstan haqqında bilmək istədiyiniz bütün tarixi məlumatlarda burada yerləşir. Ekspozisiyaların əsas hissəsini artefaktlar təşkil edir. Həmçinin muzeydə müasir avadanlıqlar olan haloqramlardan və multimediya bələdçilərindən də istifadə olunur.
Oxuyan fontan
Günəşion qürub etməsindən sonra Yaşıl-su Bulvarında yerləşən musiqi səsləndirən fontanı dinləməkdən zövq almaq olar. Həmçinin musiqi ritmlərindən asılı olaraq fontan müxtəlif rəngli işıqlar da saçır.
Məlumat üçün bildirək ki, Nur-Sultan şəhərinə səfər etmək üçün ən ucuz aviabileti Aviaradar.az saytından ala bilərsiz. Bundan başqa Hotels24.az saytı vasitəsi ilə ucuz qiymətə otel nömrəsi bron etmək mümkündür. Əgər bütün bunlar( aviabilet almaq , otel bronlamaq) üçün vaxtınız yoxdursa o zaman bu işləri həvalə etmək üçün OnTravel turizm şirkətinə 050 603 78 88; 077 603 58 88 nömrələrinə müraciət edə bilərsiz.