Günü – gündən böyüyən Bakı yalnız gözəlliyi ilə deyil həmçinin təşkil etdiyi beynəlxalq tədbirlərlə xarici ölkə vətəndaşlarının diqqətini çəkir. Paytaxt Bakıya büdcəli turistlərlə yanaşı zəngin iş adamları da gəlir və bu vaxt bu cür insanlar paytaxtın ən bahalı otellərinin ən bahalı otaqlarının (prezident suit)lərin qonaqları ola bilərlər. Bəs paytaxt otellərinin prezidentlərə layiq nömrələri neçəyədir. Hotels24.az bu dəfə ucuz və büdcəli otel və hostellərdən yox, əksinə ən bahalı nömrələrdən məlumatı təqdim edir.

Beləliklə Bakı otellərinin prezident suitlərinin şəraitləri və qiymətləri haqqında məlumatları təqdim edirik.

"Four Season Hotel" şəhər mərkəzində Milli Parka mənzərəsi ilə diqqət çəkir. Mehmanxana Fransız üslubu “Boz-ar” üzlubunda dizayn olunub.

Oteldə iki “Liman “ və “Xəzər” adlı prezident suitlər var. Hər iki nömrə otelin 8-ci mərtəbəsində yerləşir. Xəzərə mənzərəsi olan “Xəzər”in böyük qonaq otağı, media zalı, iş kabineti, bir neçə eyvanı və şəxsi spa və idman zalına çıxışı olan böyük yataq otağı var.

Liman zalı da eyni ilə Xəzər də olan otaqlardan ibarətdir. Ümumilikdə nömrələrin ayrı-ayrılıqda sahəsi 200 kv metrdi. Qiymətə gəlincə isə bu nömrələrdə bir gecə qonaqlamaq 11 manatdır.

Məlumat üçün bildirək ki, oteldə prezident suitdə qonaqlamaq 2-3 il bundan öncə də 11-12 min manat arasında dəyişib yəni bahalaşma müşahidə olunmayıb.

Paytaxtın ən bahalı prezident suiti olan nömrə "JW Marriott Hotel Absheron” oteldədir. Mehmanxanada prezident suitin nömrəsi 21240 manatdır.

Halbuki “JW Marriott Hotel Absheron” 4-5 il bundan öncə prezident suiti 2500-3000 manata təklif edirdi.

Otelin prezident suitinin sahəsi 302 kv metrdi. 2 böyük zalı, yataq otağı, ayrıca mətbəx, hətta barı var. 21-ci mərtəbədə yerləşən nömrədən dənizə gözəl mənzərə açılır.

Maraqlı məqam isə budur ki, mehmanxanadan bildirdilər ki, bazar günü satış departamenti olmadığı üçün lüks pörezident suitin qiyməti haqqında nəsə deyə bilməyəcəklər. Lakin təkiddən sonra qiymət haqqında məlumat verildi.

Bazar günü qiymətlərini öyrənə bilməyəcəyiniz daha birlüks otel “Hilton Bakı”dır. ilk zəngimizdə oteldən bildirdilər ki, mehamanxananın satış şöbəsi bazar günü işləmədiyindən prezident suitin qiymətini deyə bilməyəcəklər. Lakin bir neçə dəqiqədən sonra edilən təkrar zəngdən sonra qiymət barədə məlumat verildi.

Belə ki, Hilton Baku da prezident suit 3900 manatadır. bu nömrədə 3 otaq var. Nömrədə həmçinin şəxsi mətbəxi, 17-ci mərtəbədə lunch üçün xüsusi məkanı var. Həmçinin şəxsi spa və idman zalı nömrənin qonaqlarına təklif olunur.

Onu da qeyd edək ki, 4-5 il bundan öncə Hilton Baku da prezident suitlər 1500-2000 manat təklif olunurdular.

"Bilgah Beach Hotel" fəaliyyətə hələ may ayında başlayacağına baxmayaraq , mehmanxananın prezident suiti haqqında məlumat verildi. Belə ki, 6 min manata olan prezident suitin 170 kv metr sahəsinin olduğu və bir çox başqa üstünlüklərinin olduğu bildirildi. Nömrədə qızıldan işlənmiş əşyalar, əl işləri və məşhur musiqiçi Elton Conun sevimli piano markası olan piano var.

Bilgah Beach də 4-5 il bundan qabaq qonaqlama qiyməti 11-12 min manat olub.

"Pullman Baku" da prezident suit 2538 manatdır. Oteldə bütöv bir mərtəbə - 14-cü mərtəbə - xüsusi olaraq bu nömrə üçün ayrılıb - sahəsi 374 m2-dir. Nömrədə 2 əsas yataq otağı və bir neçə adi yataq otağı var. Hər yataq otağının öz hamamı var. Məlumat üçün bildirək ki, prezident suiti bron etməyinizə baxmayaraq səhər yeməksiz qala bilərsiz. Bu nömrənin qonaqğı üçün səhər yeməyi isə 40 manatadır.

Bazar günü işləməyən otellərdən biri də “Fairmont Hotel”di. Mehmanxanadan müştəri qismində zəng edən əməkdaşımıza bildirildi ki, nömrələrin qiymətləri barədə ancaq birinci gün satış departamenti işə çıxdıqdan sonra məlumat verə bilərlər.

Lakin başqa mənbələrdən topladığımız məlumatlara görə, “Fairmont”un prezident suiti 27-ci mərtəbədə yerləşir və 350 m2 sahəsi var.

Burada iki yataq otağı, qonaq və görüş otaqları, kabinet, ayrıca mətbəx var. Yataq otaqlarının biri iki nəfərlik, digəri birnəfərlik çarpayı ilə təmin olunub. Nömrənin ən qeyri-adi xüsusiyyətlərindən biri vanna otağındakı vannanın da dənizə baxmasıdır.

Qiymətə gəlincə isə bu rəqəmin 8 min manatdan yuxarı olduğu dəqiqdir.

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88