2018-ci ildə Türkiyənin İstanbul şəhərinə səfər edən Azərbaycan vətəndaşlarının rəsmi sayı açıqlanıb.

Hotels24.az "Hurriyet"ə istinadən xəbər verir ki, ötən il 226 min 915 azərbaycanlı turist İstanbulu ziyarət edib.
Ümumilikdə isə İstanbula gedən azərbaycanlıların sayında əvvəlki illərlə müqayisədə 14,7 faiz artım qeydə alınıb.