Mərkəzi Bankın açıqladığı məlumata görə 2018-ci ildə turizm xidmətləri üzrə ixrac (2,6 mlrd. dollar) idxalı (2,3 mlrd.dollar) üstələməsi nəticəsində 349,8 mln. dollar həcmində profisit yaranıb. 2018-ci il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 6% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2,3 mlrd. dollar məbləğində olub. Bunun 87%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin payına düşüb.
2018-ci ildə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri əvvəlki ilə nisbətən 30% azalaraq 25,1 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 3,8% azalaraq 799.4 mln. dollar olub.
Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88