22 yanvarda Madrid şəhərində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və BMT-nin Baş katibi Zurab Pololikaşvili arasında Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İcraiyyə Şurasının növbəti 110-cu sessiyasının cari ilin iyun ayında Bakı şəhərində keçirilməsinə dair saziş imzalanıb.


İmzalanma mərasimində Fuad Nağıyev hər kəsi Bakıya, Azərbaycana dəvət edərək ölkənin yeni turizm brendinin konsepsiyasına uyğun olaraq Azərbaycana bir daha yenidən baxmağa, zəngin tariximizi, mədəniyyətimizi, dadlı mətbəximizi, fərqliliyimizi, qonaqpərvər və mehriban insanlarımızı yenidən tanımağa çağırıb.

İcraiyyə Şurasının Bakıda keçiriləcək 110-cu sessiyasında dünyanın 35 ölkəsindən turizm üzrə nazirlərin iştirakı gözlənilir.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 23-27 yanvarda Madrid şəhərində keçirilən ənənəvi “FİTUR” beynəlxalq turizm sərgisində iştirak edir. Sərgi çərçivəsində şərab turizm mövzusunda beynəlxalq konfrans da keçirilir.



Şərabçılığın ölkəmizdə prioritet sahələrdən biri olması, Azərbaycanın şərab məhsullarının dünya miqyasında daha çox tanıdılması və ixracının dəstəklənməsi baxımından sərgi çərçivəsində təşkil olunacaq şərab turizmi üzrə tədbirdə Dövlət Turizm Agentliyinin də iştirakı əhəmiyyət kəsb edir.


Artıq 39 ildir ki, “FİTUR” sərgisi turizm mütəxəssisləri üçün qlobal görüşmə nöqtəsi hesab olunaraq ibero-amerikan bazarları ilə ticarət əlaqələri baxımından aparıcı rola malikdir. Təkcə 2018-ci ildə sərgiyə dünyanın 165 ölkə və regionundan 10190 sərgi iştirakçısı qatılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88