Əsasən büdcəli otellər və ucuz turlar haqqında məlumat verən Hotels24.az bu dəfə Yeni İl bayramında VİP istiqamətləri müəyyən edib.

“OnTravel”dən Hotels24.az-a verilən məlumata görə, Yeni İl də VİP istiqamətlər Sinqapur və Dominikan ölkələridir. Turizm şirkətindən verilən məlumata görə, 30 dekabrdan 6 yanvar tarixlərində 8 gün Sinqapurda 4* oteldə 1 nəfərin qonaqlamağı 1600 dollardan başlayır. Dominikanda dekabrn 27 – 3 yanvar tarixlərində 3* oteldə1 nəfərin qonaqlamağı 2000 dollardı.

Dominikan,Sinapur kimi istiqamətləri baha edən isə yalnız bu istiqamətlərin özəlliyi deyil həmçinin başqa səbəblər də var. OnTravel turizm şirkətinin əməkdaşının verdiyi məlumata görə, bu istiqamətə baha aviabiletlərin olması və bu istiqamətlərin Bakıdan uzaq olması,birbaşa aviareysin olmaması , tələbatın mövzümü olması kimi xüsusiyyətlər qiymətlərin bir qədər də bahalaşdırır.

Bəs bu ölkələrdə turistlər maraqlı nə ilə qarşılaşacaqlar?

Dominikan adaları mərcan qayalarla əhatə olunub. Bundan başqa ada ağ qumlu çimərlikləri və palma ağacları ilə turistlərin diqqətini çəkir. Dominikanın ən özəlliyi isə odur ki, dünyanın ən gözəl daşı hesab olunan “Mavi larimar” yalnız bu ölkədədir.Həmçinin burada olan “Nozern Forest”də özəlliyi ilə seçilir. Burada rəngarəng ilanlar, ekzotik heyvanlar var. Adada yerləşən Puerto Plata isə sörfinq və alpinizm üçün unikal yer hesab olunur.

Sinqapur

Dünyanın ən qeyri-adi zooparklarından biri bu ölkdədir. Bu heyvan parkında heyvanlar qəfəsdə saxlanılmır. Əksinə heyvanlar parkda tam sərbəs gəzirlər. Həmçinin bütün dünyada yeganə gecə Formula 1 yarışları da Sinqapurda keçirilir. Bundan başqa ölkədə olan qeyri-adi qanunlar da turistlərin olduqca diqqətini çəkir. Misal olaraq əgər gülü sulamısızsa və dibçəkdə su qalıbsa buna görə turist cərimələnə bilər. Səbəb isə suyun ağcaqanadları cəlb etməsidir.