Artıq təqvim cədvəlinə görə payız mövsümüdür. Əgər yayda səyahət edə bilməmisizsə o zaman heyfislənməyə dəyməz. Payız mövsümündə də gözəlliyindən həzz alacağınız olduqca çoxlu gözəl yerlər var. Odur ki, Hotels24.az payız mövsümündə səfər ediləcək 7 ən möhtəşəm şəhərlərin siyahısını təqdim edir.

Utrext Niderland

Payızın gəlişi ilə Utrext şəhərinin su kanalları da xüsusi gözəll “libas geyinir”. Belə ki, payızla əlaqədar tökülən sarı-qırmızı yarpaqlar su arxlarına xüsusi gözəllik verir. 12-ci əsrdə inşa edilən Utrext su kanalları özünün yer altı zirzəmiləri ilə seçilir.

Xüsusi limanları olan bu kanallarda keçmiş zamanlarda şəhər daxilində balaca ölçülü gəmilərin hərəkəti üçün istifadə olunub.

Bir vaxtlar kanalın zirzəmiləri rolunu oynayan məkanlar indi kafe və restoranlara çevrilib. Holland mühəndislərinin bu qeyri-adi əl işlərinin daha yaxından şahidi olmaq üçün qayıq kirayələyib bu kanallarda gəzmək lazımdır.

OnTravel turizm şirkətinin 0506037888 və 0776035888 telefon nömrələri əlaqə saxlamaqla münasib qiymətə səfər paketi ala bilərsiniz.

Tel - Əviv İsrail

Tel – Əviv dünayın 10 ən yaxşı çimərliyi olan şəhərlər sırasına daxil olub. Əgər yayda istədiyiniz qədər gün şüası ala bilməmisizsə o zaman payızda səfər edəcəyiniz yer məhz Tel -Əviv olmalıdır. Çünki burda payızda da çimərlikdə əla günəşlənmək olar. Buranın çimərliklərində həmçinin təamlı dəniz məhsullarından yemək bişirilən restoranlar var.

Qeyd edək ki, Tel-Əvivin 16 çimərliyi var. Payızda Banana çimərliyinə getməklə xüsusi koktyllərdən dadmaqla yanaşı, günəşin qürub etməsini izləyə bilərsiz.

Həmçinin cümə günü fəaliyyət göstərən Delfinariuma da səfər edə bilərsiz burada delfinlərlə şou ilə yanaşı qum üzərində yaradılan əsərlərlə də tanış olmaq olar.

Bakı-Tel-Əviv aviabilet qiymətlərinə baxın (Aviaradar.az)

Sevilya İspaniya

Seville Metropol Parasol ("Göbələk" adı ilə də tanınır) dünyanın ən böyük taxta binalarından biri hesab olunur.

Yayda Sevilyaya səfər edənlər gərək dənizdən ayrılmasınlar. Çünki heç də hər kəs şəhərin 40 dərəcə istisinə tab gətirə bilməz. Amma səfəri bir neçə ay yaydan sonraya salsaz birbaşa “hədəfi vurmuş olarsız”

Payızda Sevilya küçələrindən portağal ətri gəlir. Şəhər sakinləri isə soyoq pivə ilə tapa yeyirlər. Sevilya gecələri uzun, havası isə payızda xoş olur.

Kompakt, tarixi, düz relyefli şəhər küçələri imkan verir ki, şəhərdə uzun – uzadı piyada gəzəsən. Həmçinin gəzinti zamanı qədim teatr mədəniyyəti və ərəb “tarixi izləri” görmək olar.

Əgər şəhər gəzintisindən sonra bir qədər sərinləmək istəsəz Doña Maria mehmanxanasının damında açıq havada olan hovuza baş çəkin.

Bakı-Seviliya aviabilet qiymətlərinə baxın (Aviaradar.az)

Belfast Şimali İrlandiya

Payızda İrlandiya qışı turistlərə qonaqpərvərliklə baxır və rəngarəng bir payız mənzərəsində gizlənir.

Payız aylarında Belfastın “səmasını almış” Qara dağa qalxmaqla hətta Stranqford – Loch körfəzini görmək olar.

Həmçinin dəniz kənarında gəzməklə də ayrıca zövq almaq olar.

Şimali İrlandiyada olduğunuz zaman mütləq Köhnə Bushmills Distillery (Dark Hedges) yoluna baş çəkin. Yolun hər iki tərəfində əkilmiş fıstıq ağacları bir-birinə elə sıxdır ki, sanki ağaclardan dəhliz yaradılıb.

Bakı-Belfast aviabilet qiymətlərinə baxın (Aviaradar.az)

Toskana İtaliya

Payızda Toskaniyada məhsul yığımı dövrüdür.

İtaliyada payızda məhsul yığımına xüsusi diqqət yetirirlər. Məhsul yığımının başlanma vaxtı isə havadan asılı olaraq dəyişir. Hər il payızda ölkə üzrə “Saqrı” bayramı keçirilir. Bu bayram bütün ölkədə məhsul yığımı günləri kimi qeyd olunur.

Sentyabrın sonları və oktyabrın sonları Toskaniyaya maşınla səfər və ya maşınla gəzmək üçün əla vaxtdır. Bu mövsümdə Toskaniyada günorta mülayim isti, axşam isə sərin hava olur. Hər yerdə müxtəlif meyvə ətirləri hiss olunur.

Bu mövsümdə üzüm yığımında iştirak edərək yerli şərab növlərindən dada və onların hazırlanması barədə məlumatlar ala bilərsiz. Daha sonra meşəyə göbələk yığmağa gedə bilərsiz və ya sadəcə yerli kafelərin birində əyləşib ağ göbələkli pasta sifariş etmək olar.

Fudziyama dağı Yaponiya

Payızda Fudziyamanın ağacları rəngbərəng olurlar. Dəniz isə açıq mavi rəngə çalır. Yaponiyada payıza Fudziama dağının ətəyində yerləşən Fudzikavaquçiko kəndindən başlamaq lazımdır. Burada payız çox möhtəşəm özünü göstərir.

Kavaquçiko gölü üzsərində dumanı seyr etdikdəın sonra Fudzi dağının ətəyinə aparan xəzan ilə dolu yolu gedin. Qara vulkan daşlarına olan mənzərə, sarı xəzəl və zirvəsi qarlı dağların birgə görünüşü sizi qeyri-adi gözəlliyə şahid etmiş olacaq.

Axşam tərəfi Fudzi dağının ətəyində yerləşən və fənərlərlə işıqlandırılmış restoranda dadlı yeməklərdən yeyin. Burada olan mənzərə və yeməyin dadı damağınızdan getməyəcək.

Lodz Polşa

Payızda Lodz sanki əl-əlvan yarpaqlardan don geyinir. Ələxsusda Lodzda yerləşən Staromestskom parkı payızda xüsusi gözəl olur.

Qırmızı kərpiçcdən fabrik divarları, modern üslublu evlər və şəhərin rəngli bəzəkləri, payızda Lodzu açıq səma altında qalereyaya çevirir.

Axşam saatlarında Petrkobskoy küçəsində gəzməklə rəngli şəhər binaları və işıqlı küçələr xüsusi zövq verəcək.

Qeyd edək ki, Lodz öz gecə həyatı ilə seçilir. Payız mövsümünün əvvəlində 19-cu əsrdə Lodzda inşa edilən tekstil komplekslərində keçirilən konsert proqamlarına qatıla bilərsiz.

Adları qeyd edilənşəhərlərə ən rahat səfər etməyin yollarından biri OnTravel turizm şirkətinin 050 603 78 88 və 077 603 58 88 telefon nömrələri əlaqə saxlamaqla münasib qiymətə səfər paketi almaqdır. Səfəri özü təşkil etmək istəyənlər isə Aviaradar.az saytından aviabilet, Hotels24.az dan isə otel bronlamaqla səfəri reallaşdıra bilər.