Kəmər şəhəri hələ 20-ci əsrin ortalarında sırdan günəşli kənd idi. Lakin sonradan onun yaxınlığında yerləşən Antalyanın istirahət məkanına çevrilməsi Kəmərə də öz təsirini göstərdi. Bura bütün dünyadan turistlər gəlməyə başladı.

Hazırda Antalyadan 42 kilometr aralıda yerləşən Kəmərdə daimi 20 min insan yaşayır. Lakin bu şəhərə istirahətə gələnlərin sayı burada yaşayanlardan dəfələrlə çoxdur. Statistik göstəricilərə görə, son bir neçə ildə Türkiyədə 27 milyondan çox turist istirahət edib.

İl ərzində Kəmərdə 300 gündən çox günəşli iqlim olur. Bu şəhərdə istirahət müddəti 8 ay davam edir. Burada heç vaxt hava mənfi tempratur olmur. Günəşli isti havası isə dəniz brizləri sayəsində mülayim və xoş olur.

Şəhərin ümumi ərazisi 467,75 kv metrdi. Kəmər şəhər ərazisinə yaxınlıqda yerləşən yaşayış məntəqələri Camyuva, Kiriş, Tekirova, Beldibi və Göynək daxildir.

Kəmər çimərlik sevərlərdən başqa tarix həvəskarlarının da olduqca xoşuna gələcək. Qədim zamanlarda bu şəhər böyük Likiya dövlətinin tərkibinda olub. Şəhər azad ticarətçilər şəhəri kimi tanınıb.

Qədim zamanların forpostları hələ də müasir kurort ərazisində yerləşir. Qədim Fazelistdə isə məşhur İsgəndər dəfn olunub.Tarixi və qədimliyi ilə yanaşı Kəmərdə gənclərin əylənə biləcəyi gecə klubları da var.

Uşaq və ailə bura gələnlərin delfinariya çox xoşuna gələ bilər. Həmçinin aquapark və terrarium ailəvi istirahətə gələnlərin olduqca xoşuna gələcək.

Yüksək mövsüm

Turistlərin birinci axını may ayından etibarən başlayır. Qeyd edilən dövrdü çimərlikdə hərarət 20 dərəcə olur. İlk bura gələn turistlər əsasən Rusiyadan olur. Bir ay sonra isə digər ölkələrdən də ailəvi turistlər axın etməyə başlayır. Yüksək mövsüm iyundan sentyabr ayının ortalarına qədər davam edir.

Məxməri mövsüm

Turistlərin Kəmərə çoxlu axını oktyabrn sonlarına yaxın başa çatır. İqlim imkan verir ki, məxməri müddətin sonuna burda turistlər rahat dənizdə çimə bilsinlər. Oktyabr- noyabr ayları qədim Likiya şəhərinin tarixi məkanlarını gəzmək üçün əla mövsümdür.

Qeyri-turistik mövsüm

Kəmərin qış iqlimi imkan verir ki, yerli əhali qaynar turistik mövsümdən sonra rahat istirahət edə bilsinlər. Qışda hava gündüz +15, gecə isə +8 dərəcəolur. Bu mövsümdə otellər qiymətləri aşağı salır , dənizi isə otellərin qızdırılan hovuzları əvəz edir. Yazın başlanğıcı Kəmərdə ən aşağı turizm mövsümü hesab olunur.

Kəmərdə rayonlar

Kəmər kurort ərazisi özündə 5 şəhər ətrafı qəsəbəni birləşdirir.

Kəmərin mərkəzi əbəs yerə gənclərin sevimli məkanı hesab edilmir. Şəhərin bu hissəsində turizmin ən aktiv hissəsi yerləşir. Şəhərin bu hissəsində yerləşən gecə klublarında ən dadlı kokteylin hazırlaması uğrunda daim mübarizə gedir.

Beldibi

Beldibi Kəmərin şimalında yerləşir. Bura təbiəət sevərlər üçün əla yerdir. Beldibi ərazisində çoxlu sayda meşəliklər və portağal bağları var. Beldibində raftinqlə məşğul olmaq üçün dağ çayları var.

Beldibində geniş meşə ərazisi , şəlalə və dağlıq ərazilər var. Lakin əksər beş ulduzlu notellər dəniz kənarəna çoxlu həcmdə narın qum tökdürərək sahilləri çınqıllıqdan təmzləyiblər.

Tekirova

Tekirova Kəmərin mərkəzindən 10 kilometr aralıda yerləşir. Bu ərazi elə də turizm mərkəzinə oxşamır. Tekirovu çimərlikdə üzməyi, günəşlənməyi və qumdan saray yaratmağı xoşlayanlar üçün bir yerdir. Demək olar ki, Kəmərin ən yaxşı çimərlikləri məhz bu qəsəbədə yerləşir. Tekirov həmçinin narıngi bağları və dayvinq üçün məkanları ilə məşhurdur.

Qəsəbənin əsas görkəmli yerlərindən biri isə farel fermasıdır. Burda müxtəlif növ balıq tutmaq , eqzotik botanik bağda gəzmək olar.

Göynük

Göynük kurort məkanı Kəmərdən 7 kilometr aralıda yerləşir. Buranı şimal küləklərin Tavrik dağları qoruyur. Göynük portağal və nar bağları ilə əhatə olunub. Qəsəbənin xüsusi yerlərindən biri də yeni inşa edilmiş ticarət mərkəzidir. Burda müxtəlif növ suvenirlərlə yanaşı başqa bir-birindən maraqlı və lazımlı əşyalar almaq olar.

Kiriş

Kiriş Kəmərin ətrafında yerləşir və iynəyarpaqlı ağaclarla əhatə olunub. Burda 12 otel fəaliyyət göstərir. Kirişdə gənclər üçün barlar və diskoteykalar tapmaq müşkül məsələdir. Bura daha çox günəşin batmasını seyr etməyi sevənlər və çimərlikdə gəzmək istəyənlər üçün xüsusi bir yerdir.

Buranın qonaqlarının 40% ailəvi istirahəti seçənlərdir. Kirişin qonaqlarına parasillində uçmaq , sörfinq sürməyi öyrənmək kimi xidmətlər təklif olunur. Həmçinin elə də dərinlikdə olmayan dənizin dibində maraqlı tarixin qalıqları ilə tanışlıq təşkil olunur.

Camyuva

Hələ 20 il əvvəl Camyuva adi sıradan bir balıqçı qəsəbəsi idi.İndi isə bu buxta dünyanın dörd bir yanından turistləri özünə cəlb edir. Bu ərazilərdə ən məşhur əyləncə növü səhralıqlarda yolsuzluq avtomobili ilə gəzinti hesab olunur.

Kəmərdə məşğuliyyət

Kəmərdə delfinlərin fotoovuna çıxmaq olar. Defin parkında elə delfin formasında olan aquaparkda delfinlərlə şəkil çəkdirmək böyük zövq verəcək. Həmçinin ay işığı adlı parkda delfinlərə toxuna da bilərsiz hətta onları qucaqlayıb foto da çəkdirə bilərsiz.

Dolusu Park Kəmərdə əsəblərinizin nə qədər möhkəm olduğunu da yoxlaya biləırsiz. Bunu n üçün sadəcə Kamikadaze və ya Trampilin adlanan aqupark əyləncələrindən istifadə edin o zaman nə qədər dözümlü olacağınızı öyrənmiş olacaqsız. Möhtəşəm və həyacan dolu bu əyləncə hovuzları sizə böyük adrenalin hissi yaşadacaq.

Yerli pastanelərin birində dadlı təamlardan da dada bilərsiz. Həmçinin çox maraqlı Ağ saat qülləsinin içinə səyahətə də çıxa bilərsiz. Eyni zamanda əsl türk hamamından da istifadə edə bilərsiz.

Bundan başqa hippi kəndinə də səfər edə bilərsiz . Burada hər il Olimpio qəsəbəsində təbiət qoynunda qeyri-adi istirahəti sevərlər toplaşır. Bura gələnlər ağaclarda tikilən evlərdə qalmaq imkanı qazanır. Bu evlərin hər birinin öz rəngi və özəllikləri var.

Bundan başqa aralıq dənizi sahilində istədiyiniz yaxtanı icarələyək dənizdə yaxşı gəzinti həyata keçirə bilərsiz.

Kəmərə necə getmək olar

Kəmərə özü aviabilet almaq istəyənlər aviaradar.az saytına daxil olmaqla avianilet, Hotels24.az-a daxil olmaqla isə Kəmərdə otel bron edə bilər. Bütün bunlara vaxt sərf etmək istəməyənlər isə OnTravel turizm şirkətinin 077 603 58 88 və 050 603 78 88 telefon nömrələrinə zəng etməklə məlumat ala bilərlər.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz