Avropanın cənubunda yerləşən İtaliyada YUNESKO-nun siyahısına daxil olan mədəni abidələr var. Ölkənin hər bir bölgəsində çoxlu sayda tarixi abidələr mövcuddur. İtaliya həmçinin bütün dünyada öz mətbəxi ilə məşhurdur. İtaliya təbiəti də turistlər arasında dillər əzbəridir.

İtaliyanın ərazisində iki, San Marino və Vatikan adlı cırtdan ölkə var. İtaliyanın paytaxtı Roma şəhəridir. Ölkənin ərazisi 301 340 kv kilometrdi. 2017-ci ilin statistikasına görə ölkə əhalisi 60 483 973 nəfərdi.

Hazırda İtaliya deyəndə bir çoxlarımızın ilk fikrinə gələn, qədim qladiatorların döyüşdüyü Kolizey , pizza yeməyi və əyri tikili piza qülləsi gəlir. Bəs İtaliayada başqa nələr var?

İtaliyada iqlim

Ölkənin iqlimin formalaşmasın Aralıq dənizi və Alp dağları təsir edir. Yay mövsümü İtaliyada quru və isti olur tempratur 24-34 arasında dəyişir. Qış isə ölkənin mərkəzində mülayim , kənarlara getdikcə isə soyuqdur.

İtaliyada hara getmək olar?

Əgər tarixi abidələri nazərə almasaq da yenə də İtaliyanın yetərincə gəzməli və görməli təbiəti var. Bunlar arasında Neapolitan körfəzində adalara, məşhur Qarda və Komo göllərinə baş çəkmək və ya İtaliya Alpina baş çəkmək olar. İtaliyada dağ turizmi olduqca məşhurdur.

Tarixi abidələr gəlincə Romada Trevi Fontanına və Kolizeyə baş çəkə bilərsiz. Həmçiuni Vatikanda da görməli olacağınız bir çox yerlər var. İtaliyanın digər bir şəhəri Milan, burada şopinqlə yanaşı Sforça sarayına səfər edə, həmçinin dünyaca məşhur La Skala operasına baş çəkə bilərsiz. Neapol şəhərində isə tarixi Pompeyə getməklə Vezuvi Vulkanını da görə bilərsiz.

Piza qülləsi 1360-cı ildə tikilmişdir. Piza şəhərinin zənglərdən ibarət olan bir qalasıdır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir. Qala özünə "Yıxılan qüllə" adını qazanmışdır və bütün dünyaya öz xarici görkəminə görə tanınmışdır. Çünki qüllənin xaricindən diqqət yetirdikdə onun az qala yıxılacağı görünür, lakin yerə yaxşı bərkidilmişdir.

Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. Divarların enliliyi 4,09 metr və yuxarıya doğru istiqaməti isə 2,48 metr olduğu qeyd edilmişdir. Onun ümumi kütləsi 14453 ton hesab olunur. Tikilinin əyilmə meyli 3,97° sayılır. Şaquli vəziyyətindən 3,9 metr uzaq bilinir. Həmçinin qüllənin 294 pilləsi vardır.

İtaliyada məşğuliyyət

İtaliyanın termal paytaxtı Montekatini Terme, şəhərciyidir. Burada müalicəvi sular hələ 18-ci əsrdən məşhur idi. 19-cu əsrin əvvəli 20-ci əsrin sonlarından etibarən isə burada dəbdəbəli otellər və restoranlar tikilib. Bu müalicəvi məkanda Cuzeppe Verdi və Benito Mussolini kimi tanınmış insanlar müalicə alıb.

İtaliyada dağ-xizək istirahət mərkəzləri

Burada Apl dağlarının ətəyində xizək sürmək turistlər arasında olduqca məşhurdur. Məlumat üçün bildirək ki, Avropanın ən hündür zirvəsi Monblan da bu ərazidə yerləşir.

İtaliyada serfinq

Çətinki çoxları İtaliya sahilərində sörfinqlə məşğul olmaq imkanın olduğunu bilsin. Amma bu belədir. İtaliya sahillərində çoxlu sayda sörf-spotlar mövcuddur.

İtaliyada avtomobil

İtaliya yollarının əksəriyyətində SICVE və ya TUTOR adlanan cihazlar var, hansıki avtomobillərin sürətini kontrol edirlər. Əgər siz İtaliya yollarında avtomobil sürəndə anidən digər sürücülərin sürətlərini azaltdıqlarını görsəz o zaman siz də buna əməl edin. Bu o deməkdir adı çəkilən cihaza çatırsız.

Danışıq dili

Ölkənin əksər yerlərində italyan dilində danışırılar. Cənubi Tiroledə əhali Alman dilində, Valle dAdostedə Fransız dilində, Kallibri cənubunda isə insanlar Yunana dilində danışanlar. İtaliyada yerli dialektlər çoxdur. Bir çox əyalətlərdə fərqli dialektlərdə danışılır.

Mətbəx

Ölkədə mədəniyyət və dil kimi mətbəxi də bölgələrə görə çox fərqlənir. Ölkənin cənubunda pasta və zeytun yağı çox istifadə edildiyi halda şimalında düyü və kərə yağı daha çox istifadə edilir. Neapolda isə sitrus birkitlərə daha çox üstünlıük verilir.

Günorta yeməyi İtaliyada xüsusi önəm daşıyır. İnsanlar nahar yeməyinə xüsusi bir saat vaxt ayırırlar. İtaliyanın Rizotto, Arançini, Polenta, Celato, Tiramusu, Pilato, Pizza kimi dünyaca məşhur milli yeməkləri var.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88