Dünyada bir çox ölkələrdə bir çox yerlərdə otellər və istirahət mərkəzləri var. Bu otellərin hamısında olmasa da bəzilərində turistlər üçün All İnclusive xidmətlər təklif edilir. Odur ki, Hotels24.az oxucuları üçün ən yaxşı hər şey daxil “all inclusive” xidmət təklif edən otel və istirahət mərkəzlərini axtarıb-araşdırıb oxucularına təqdim edir.

Onuda qeyd edək ki, Umico tətbiqi ilə etdiyiniz hər sifarişə görə əlavə 3% keşbek əldə edirsiniz.

Təqdim edəcəyimiz TOP 10-luqda dünyanın bir çox yerlərində fəaliyyət göstərən və all inclusive xidmət təklif edən otellər yer alır.

Ikos Oceania

Siyahının ilk pilləsində Yunanıstandayerləşən 5 ulduzlu Ikos Oceania oteli yer alıb. Adı çəkilən otel Yunanıstanda Nea-Mudanyada yerləşir. Lakin öncədən deyək ki mövsümdə “Ikos Oceania”da boş yer tapmaq olduqca çətin məsələdir. Təxmini qiymətlərə gəlincə isə bu oteldə iki nəfərin qonaqlaması 600+ manatdan başlaya bilər.

Ikos Olivia

Siyahının ikinci pilləsində Yunanısatnda yerləşən daha bir otel yer alıb. Herakin əyalətində yerləşən bu oteldə gözəl mənzərə, yülsək xidmət ilə yanaşı bütün xidmətlərin ödəyəcəyiniz pula daxil olması sizi daha da mənmun edəcək. 5 ulduzlu oteldə qonaqlama qiymətlərinə gəlincə isə aprel aylarında iki nəfərlik standart otağın bronlanması 998 manatdan başlaya bilər.

LUX*Bella Mare

“Tripadviser”in gəldiyi qənaətə görə, all inclusive xidmətlər təklif edən otellər arasında siyahının üçüncü pilləsində Mavrikiyada yerləşən 5 ulduzlu LUX*Bella Mare oteli yer alır. Əgər yayın ilk ayının birinci 10 günlüyə bu oteldə yer bron etmək istəsəz, yalnız otelə iki nfərə üçün 400-500 manat ödəyə bilərsiz.

Grand Velas Riviera Nayarit

Siyahının 4-cü pilləsi Meksikada yerləşən Grand Velas Riviera Nayarit qərarlaşıb. 5 ulduzlu oteldə istədiyiniz hər şey pulsuz olacaq daha dəqiq desək öncədən ödəcəyəniz pula daxil olacaq. Otelin qonaqlama qiymətlərinə gəlincə isə indidən oteldə nömrə bron edənlər yayın ilk aylarına görə iki nəfər üçün min mnatdan çox pul ödəməli olacaq.

Tamassa Resort

Mavrikiyada yerləşən bu 5 ulduzlu otel Tripadviserdə 6 mindən çox insandan müsbət rəy alıb. Odur ki, uzaq Mavrikiyada bu oteli seçsəz all inclusive xidmətlərlə yanaşı xoş təəssürat da qazanmış olacaqsız. Bu arada qiymətlət elə də baha deyil. Belə ki, oteldə iki nəfərin bir günlük yayda qonaqlaması 668 manatdan başlaya bilər. Amma bir şərtlə ki, oteli indidən bron edəsiz.

Grand Velas Los Cabos

Meksikada yerləşən bu 5 ulduzlu otelin böyüklüyünü nəinki adında həm də tikintisində də görmək olar. Otelin 3 müxtəlif mənzərəli böyük hovuzu və çimərliyi var. Otaq seçiminə gəlincə isə burada da seçim çoxdur. Böyük otelin qiymətləri də kimlər üçün böyük, kimlər üçün isə kiçik gələ bilər . Belə ki, əgər elə günü sabah bu oteldə nömrə bron etmək istəsəz bir gün üçün iki nəfərlik otaq 2500 manat və ya daha baha başa gələcək. Lakin yay mövsümünə indidən nömrə bron etsəz 50% qənaət etmiş olacaqsız.

Le Blanc Spa Resort Cancun

Meksikada dəniz sahilində yerləşən Le Blanc Spa Resort Cancun da tripadviserin all inclusive i ən yaxşı otellər sırasında yer alıb. Oteldə iyun ayında iki nəfərin bir gün qonaqlamsı 1400-1600 manat arasında dəyişə bilər.

Rixos Sharm El Sheikh

Siyahının 8-ci pilləsində Alman və rusiyalı turistlərin sevimlisi Sharm El Sheikh istirahət mərkəzi yerləşir. Tripadviser siyahıya adı çəkilən məkanda yerləşən Rixos Sharm El Sheikh otelinin adını salıb. Misirdə yerləşən bu oteldə yay aylarına 500-600 manata nömrə bron etmək mümkündür.

All İnclusive VillaVip Hotel Fazenda

Braziliyada Serra Negrada yerləşən otel xidmətlərini all inclusive etməklə kifayətlənməyərək bu barədə otelin adına da əlavə edib. Təbiətin qoynunda yerləşən bu oteldə qiymətlər isə elə də baha deyil.

"COMO Parrot Cay"

Amerika sahillərində balaca bir adada yerləşən bu otel də dünyanın ən yaxşı all inclusive xidmətləri təklif edən otelləri arasında yer alır.




Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88