Aralıq dənizi sahillərində Türkiyənin cənubi – qərbində yerləşən Antaliya . Hər tərəfdən dağlarla əhatələnmiş şəhər. Şəhərin inkişafı 1970-ci ildən başlayıb. Şəhərə böyük məbləğdə yatırılmış investisiyalar Antaliyanı adi “əyalət qızından baxımlı və şarmlı şəhzadəyə” çevirib.

Antaliyanın tarixi 159-cu ildən başlayır. Ərazisi 1417 kv metrdi. Əhalisi isə 2 milyona yaxındır.

İqtisadiyyat

Antaliya iqtisadiyyatı turizmdən, aqromədəniyyətdən və sənayedən asılıdır. Aqrosənaye özündə sitrus meyvələrini, güllər, zeytun və zeytun yağlarını əhatə edir.

Turizm

Özəllikləri, xüsusən də iqlimi və təbiəti Antaliyanı Aralıq dənizində əsas istirahət mərkəzlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Kaleiçi şəhərin ən tarixi yerlərdən biridir. Bu ərazidə yerləşən barlar , otellər və bir çox məkanlar Antaliyanın tarixini əsk etdirir. Şəhərdə Roma, Bizans və Ottaman dövrlərindən qalan tarixi abidələr var.

Ensiz, daş döşəməli küçələri olan Kaleiçi Antaliyanın ən qədim mərkəzi küçəsi hesab olunur. Hazırda bu küçədə otellər və suvenir satılan dükanlar yerləşir.

Antaliyada hava və iqlim

Ərazini soyuq şimal küləyindən Taurus dağ silsiləsi qoruyur. Bu ərazilərə tipik aralıqdənizi iqlimi hökmranlıq edir. Yayda quru qaynar isti yay, qışda isə daim yağışlı hava. İl ərzində 300 gün günəşli olur və tempratur 15-28 dərəcə arsında dəyişir.

Antaliyada iyul və avqusta tempratur 40 dərəcəyə qədər arta bilir. Amma ümumilikdə orta tempratur 30 dərəcədir.

İctimai nəqliyyat

Antaliya avtoparkından avtobuslar E87, D400, D650 şoşesi ilə hərəkət edirlər. Şəhərdə həmçinin tranvaylar da var hansı ki, gediş haqqı 1 dollardan aşağıdır.

Antaliyada hara gedək?

Antaliyada çoxlu çimərliklər var. Bunlardan Konyaaltı, Lara və Qarpızqaldıranı misal göstərmək olar. Qış idmanı üçün isə Antaliyada ən uyğun yerlər Bəydağları və Saklikəntdir . Bu yerlərin dağları əraziyə xüsusi gözəllik verir.

Şəhərdə çoxlu sayda məscid, mədrəsə kilsə və hamam var. Şəhər divaralarının əhatəyə aldığı Havan Kalaiçi şəhərin ən qədim yeri hesab olunur. Burada çoxlu sayda qədim türk üslubunda inşa edilmiş evlər görmək olar.

Kaleiçi – Şəhərin tarixi məkanı hesab olunur. Hazırda turistik məkan kimi fəaliyyət göstərir. Burada çoxlu sayda otellər və restoranlar yerləşir. Şəhərin bu hissəsində çoxlu sayda turizm obyektlərinin olmasına baxmayaraq öz tarixiliyini də qoruyub saxlayıb. Elə bu səbəbdəndir ki, şəhərin bərpasına görə turizm mükafatlarından biri olan “Qızıl alma” mükafatı verilib.

Şəhərdə tarixi abilər arasında Şəhər divarları, Xıdırlıq qülləsi, Adriana qapıları, Troy qapıları və Saat qülləsini əhatə edir.

Adrian darvazaları – Bu darvazalar romalılar tərəfindən eramızın 2-ci əsrində imperator Adrianın şərəfinə inşa edilib.

Kesik Minarə qədim zamanlarda Bizansların kilsəsi olub. Lakin sonradan məscidə çevrilib.

Yivli Minarə Şəhərin simvolu olan bu minarə səlcuqlar tərəfindən inşa edilib. Tikintisində tünd göy və füruzəyi rəngdə olan piltələrdən istifadə olunub.

Qaratay Mədrəsə , Axi Yusif Meskidi və İsgələ , Murat Paşa məscidi, Tekeli Mehmet Paşa, Balibəy, Müsellim, Şeyx Sinan Efendi və Osman Efendi

Festivallar və tədbirlər

Burada müxtəlif idman yarışları ilə bağlı çox baxımlı motorolli yarışları da keçirilir.

Türkiyənin ən böyük film festivalı olan “Qızıl portağal” tədbiri də hər il sentyabrın sonları məhz Antaliyada keçirilir. Həmçinin Beynəlxalq Avroaziya kinofetsivalı da Antaliyada təşkil olunur. Hər il Antaliyada keçirilən daha bir festival isə Aralıq dənizi musiqi festivalıdır. Tədbir hər il oktyabr ayında başlayır və 6 gün davam edir. Həmçinin hər il keçirilən festivallardan biri də xalq rəqsləri və musiqi festivalıdır. Tədbir hər il avqustun sonlarında baş tutur.

Aspendoz opera və balet teatrı isə hər il iyun və iyul aylarında təşkil olunur. May ayında isə Antaliyada daha bir möhtəşəm gül festivalının şahidi ola bilərsiz.

Antaliyaya necə getmək və harada qonaqlamaq olar?

Türkiyənin Antaliya kurort ərazisi xarici turistlərlə yanaşı azərbaycanlı turistlər arasında da olduqca məşhurdur. Hər il yüzlərlə azərbaycanlı Antaliyaya səfər edir. Bəs Antaliyaya necə gedə bilərəm ?! Əgər bu suala cavab axtraırsızsa o zaman “OnTravel”in 050 603 78 88; 077 603 78 88 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz və ya Aviaradar.az saytından online aviabilet alıb daha sonra Hotels24.az saytı vasitəsi ilə otelinizi bron edib birbaşa özünüz Antaliyaya səfər edə bilərsiz.