Bakının Bilgah qəsəbəsində yerləşən “Bilgah Beach Hotel”i digər otellərdərdən fərqləndirən xüsusiyyətlərindən biri də çox böyük çıl-çırağının(lüstur) olmasıdır. Otelin zalında diqqətinizi çəkəcək bu nəhəng lüsturun hündürlüyü (58 metr) 15 mərtəbəli binanın hündürlüyü qədədir. Çəkisi isə 13 tondur. Ustalar bu çıl-çırağı 6 ay ərzində hazırlaya biliblər. Çıl-çırağın üzərində olan hər yarpağ əl işidir. Lüsturun üzərində 72 min ədəd lampa var.

Otelin özünə gəldikdə isə 4 ilə tikilən Bilgah Beach-in tikintisində 5min nəfər işçi çalışıb. 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılıb. Burada ümumi sahəsi 4 min 670 kvadratmetr olan 350 yerlik avtomobil qarajı vardır.

Kompleksin zəngin kitabxanasında Fransadan gətirilmiş qiymətli kitablar toplanmışdır. Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılıb.

Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park da yaradılıb.

Otaq və apartamentlərdən əlavə otelin ərazisində üç yataq otağı olan, otelin ön tərəfində, sıx bağın içərisində yerləşən 14 ikimərtəbəli kotec var. Sahəsi 156 m2 olan hər bir kotecin şəxsi qarajı, ayrıca həyəti və yuxarı mərtəbədə geniş, açıq balkonu var.

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88