Dekabrın 3-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verilir ki, “Flydubai” aviaşirkətinin bu günə olan “FZ 733” saylı Dubaydan Bakıya olan uçuşu ləğv olunub.

Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Flydubai” aviaşirkətinin dünən 19:05-də Bakıdan Dubaya olan “FZ 734” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing B737-800” təyyarəsi ilə həyata keçirilməli idi.

Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.