Dünya bazarında 20 ildir ki, fəaliyyət göstərən İsveçrənin“Henley & Partners” şirkəti 2019-cu ildə vizasız səfər etməyə imkan verən pasportların yeniləmiş siyahısını təqdim edib.

Hotels24.az xəbər verir ki, pasportu 66 ölkəyə vizasız getməyə imkan verən Azərbaycan siyahıda 78-ci pillədə qərarlaşıb.

Gücünə görə Azərbaycan pasportundan geri qalan Ermənistan isə 60 ölkəyə vizasız səfər etməyə imkan verdiyi üçün 84-cü pillədə yerləşib.

Vətəndaşlarının 116 ölkəyə vizasız səfərinə şərait yaradan Rusiya pasportu 51-ci, 113 ölkəyə səfər etməyə imkan verən Gürcüstan pasportu 52-ci, 75 ölkəyə səfər şəraiti yaradan Qazaxıstan və Belarus isə 69-cu pilləni bölüşdürürlər.

Ən güclü pasportların reytinqinə əvvəllər olduğu kimi Yaponiya və Sinqapur (189 ölkə) başçılıq edir. 2-ci pillədə isə Almaniya, Finlandiya və Cənubi Koreya (187 ölkə) yer alıb.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88