"Azərbaycanda turizm sənayesinin formalaşdırılması, ona dəstəyin göstərilməsi ilə bağlı sinifləşdirilmiş təkliflər Vergilər Nazirliyinə təqdim olunub”.
Hotels24.az Reporta istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.
"Təkliflərdə turizm şirkətlərinin və otellərin həm vergilərdən azad olunması, bəzi hallarda subsidiyalara cəlb olunması məsələləri öz əksini tapıb. Bunlar müzakirə mərhələsindədir. Hər bir sahə daha çox güzəşt əldə etmək istəyir. Dövlətin müəyyən siyasəti var və buna uyğun işlər görülür. Agentlik və Vergilər Nazirliyinin mütəxəssisləri bu məsələlər üzərində həssaslıqla işləyirlər. Yəni, hansı məsələlər ümumi dövlət prinsiplərinə uyğun gəlir, hansılar yox?. Burada müəyyən sahələrin ƏDV-dən azad olunması, bəzi məsələlərdə güzəştlərin, mövsümü vergilərin tətbiq edilməsi kimi məsələlər var. Vergilər Nazirliyi ilə danışıqlar aparılır və ilin sonuna qədər məsələlər həllini tapacaq".
Qeyd edək ki, "OnTravel" turizm şirkəti istər ölkə daxili istərsə də ölkə xarici səfərə çıxmaq istəyənlər üçün BirKartı təqdim edir. Belə ki, səyahətinizin ödənişini bu kart vasitəsi ilə 3,6,9 və 12 aylıq , faizsiz ödənişlə hissələrə bölməklə istədiyiniz məkanda istirahət edə bilərsiz.
Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88