Bu yay da azərbaycanlı turistlər ən çox Türkiyəyə səfər edəcəklər. Hotels24.az xəbər verir ki, bunu OnTravel turizm şirkətinin meneceri Xanım Əliyeva bildirib.

Onun sözlərinə görə, adətən yay mövsümündə azərbaycanlı turistlər Türkiyədə Antalya, Marmaris, Quş adası, Bodrum, İstanbula səfər edirlər. Lakin bu il Türkiyədə yayda ən çox maraq olan yerlərdən biri də Kappadokiya olacaq. Şirkət rəsmisinin sözlərinə görə artıq indidən Kappadokiyaya tur alanların sayı çoxalıb. Ötən il yayda ən çox azərbaycanlı turistlər əsasən Antaliyaya səfər edirdilər. Bu yay Türkiyəyə səfər edən turistlərimiz gəzinti arealı genişlənib deyə şirkət rəsmisi bildirib.

Ötən il yayda səyahətə gedənlərin çoxu Antalyada olduğundan bu yay artıq İzmirə ,Bodruma, Quş adasına, Alaçatıya, ən çox isə Kappodokiyaya biletlər alıblar. Kappodokiya turlarına gəlincə isə 300 manat ödəməklə bir nəfər 3 günlük Kappodokiya turlarında iştirak edə bilər deyə Xanım Əliyeva bildirib.

Bu yay Türkiyədə ən ucuz istiqamətlərdən biri də İstanbul ilə Alanya şəhərlərini hesab etmək olar. Buna səbəb isə “Buta Airlines”in birbaşa bu şəhərlərə uçmasıdır. İstanbula gediş-dönüş aviabileti 250 manat təşkil edir. Adı çəkilən şəhərlərdə otellərdə bir gecə qonaqlamaq 15-20 dollar təşkil edir. Toplam 250-300 dollara İstanbulda və Alanyada 3 gecə 4 gün qonaqlamaq olar.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88