Azərbaycan Turizm Bürosunun rəhbəri Florian Zenqstşmida Rusiya mediasına müsahibə verərkən Azərbaycanda 2019-cu ildə turizm sahəsində bir çox yeniliklərin olacağını bildirib. ATB rəhbərinin sözlərinə görə yeniliklərdən biri də dağlıq kənd olan Xınalıqda tətbiq olunacaq.

"Hələ ki bu barədə ətraflı məlumat vermək istəmirəm. Amma bu kənddə evlər hələ də xüsusi üsulla qızdırılır".Bu da turistlər üçün cəlb edici ola bilər. Bununla bağlı artıq layihəmiz var. Amma bunun surpriz olmasını istəyirik ona görə bu barədə hələ nəsə demək istəmirik - deyə Florian Zenqstşmid bildirib.