Azərbaycanın Şimal bölgəsində Şabranda yerləşən otellərdən biri də “Qalaaltı Hotel and Spa”dır. Hotel Bakıdan 120 kilometr məsafədə yerləşir. Mehmanxananın Bakıya yaxın yerləşməsi , insanların bura həftəiçi də rahat səfər etməsinə imkan yaradır. Kompleks müxtəlif dizayn üslublarında tərtib edilmiş 152 superior, 15 suit otaq və 3 villadan ibarətdir.

PULSUZ MÜALİCƏ

Qalaaltı - Azərbaycanın balneoloji kurortudur. İstirahət mərkəzi dəniz səviyyəsindən 1000 m hündürlükdə Böyük Qafqazın ətəklərində yerləşir. Şabran meşələrinin ümumi sahəsi 21.5 min hektar təşkil edir. Rayonun ərazisi mineral sular və palçıq vulkanlarından təşkil olunub. Yerli meşələrin Zağlı Zeyvə adlanan ərazisində yeraltı neft ehtiyyatları da tapılıb. Rayonun ərazisində iki tarixi-arxeoloji qoruq yerləşir. Qalaaltı adlanan ərazi öz adını Çıraqqala qalasından götürüb.Çünki Çıraq qalasının altında yerləşir

Qalaaltı Tibbi-istirahət kompleksinin ərazisində, "Çıraq"tibb mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə oteldə qonaqlayanlar tam ödənişsiz müalicə ala bilərlər. Müalicə növləri ilə tanış olmamışdan öncə oteldə qonaqlama qiymətlərini təqdim edirik.

QONAQLAMA QİYMƏTLƏRİ

Hoteldə həftəiçi1 nəfərin qonaqlaması- 135 manatdır

Həftəiçi2 nəfərin qonaqlaması - 195 manatdır

Həftəsonu 2 nəfərin qonaqlaması- 215 manatdır

Bu qiymətə 3 dəfə qidalanma , oteldə qonaqlama və chek-up müayinə daxildir.

Müalicə paketlərinə isə aşağıda sadalanan sahələr daxildir.

“Qastroenterologiya-Terapiya”

“Ginekologiya”

“Hərəkət dayaq sistemi”

“Kardiologiya”

“Nevrologiya”

“Maddələr mübadiləsi bərpası – Endokrinoloji”

“Urologiya-Andralogiya”

Tam müalicə paketləri əsasən 1 həftəni əhatə edir.

1 nəfərin 7 gecə qonaqlaması - 980 manatdır

2 nəfərin 1 həftə oteldə qonaqlaması - 1470 manatdır

Göstərilən qiymətlərə oteldə qonaqlama, gün ərzində 3 dəfə qidalanma , chek-up müayinə, analizlərin verilməsi, həkim müayinəsi və müalicə daxildir.

Müalicə xüsusi kükürdlü sular və neft vannaları ilə aparılır.

QONAĞI OLACAĞINIZ OTAQLAR

Hoteldəki otaqlarla tanışlığa gəlidkə isə “Qalaaltı Hotel and Spa”da 4 növ otaqlar var. Bu otaqlar aşağıdakılardı.

Superior French 4*

Otağın sahəsi 38 kv metrdi. Hoteldə bu tip otaqların sayı 110-dur. Superior French 1 otaqlı olur. Daxili: 1 ədəd yataq otağı, 1 ədəd yuyunma otağı (vannalı), french bed, twin bed, xalça döşəməli və eyvan, kondisioner havalandırma (mərkəzi və əl üsullu), dəniz mənzərisi var.

Superior Twin 4*

“Superior Twin”lərin də sahəsi 32-38 kv metr olur. Mehmanxanada bu tip otaqlar sayca 150 ədəddir. Superior French də olduğu kimi Superior Twin də 1 otaqlı olur. Daxili: 1 ədəd yataq otağı, 1 ədəd yuyunma otağı (vannalı), french bed, twin bed, xalça döşəməli və eyvan, kondisioner havalandırma (mərkəzi və əl üsullu), dəniz mənzərəsi var.

Suit 5*

Suit otaqların sahəsi60-70 kv metr olur. Mehmanxanada bu tip otaqların sayı cəmi 15 ədəddir. Daxili: İstirahət zalı, yataq otağı, yuyunma otağı (ayaqyolu), Yuyunma otağında küvet, french bed ( iri yataq ), xalça örtüklü və şüşəbənd, əl üsullu və mərkəzi havalandırma sistemi, dəniz mənzərəsi.

Villa 5*

Hotelin qonaqlara təqdim etdiyi Villaların sahəsi 200-500 kv metr arasında dəyişir. Vilalar Daxili: 3 ədəd French bed yataq otağı, geyinmə otağı, 1 ədəd ev kinoteatrlı istirahət otağı, yemək otağı , tam təsis olunmuş mətbəx, pərli havalandırma sistemi, 65 m² istilik hovuzu, sauna, cakuzzi, bağ, dəniz mənzərəsi olur

400 NƏFƏRLİK RESTORAN

Həmçinin“Qalaaltı Hotel and Spa”da Mənzərə adlı restoran fəaliyyət göstərir. Mənzərə restoranı həm oturaq həm də gəzinti sevən qonaqları üçün şərait yaradıb. Restoranda eyni zamanda bufet (Kontinental), səhər yeməyi üçün A la karte, günorta yeməyi və nahar yeməyinə xüsusi diqqət ayırıb. Restoranda eyni zamanda 400 nəfər qonaq ola bilər. Günorta və nahar yeməyi beynəlxalq, Azərbaycan, Türk və Rus mətbəxtlərindən ibarətdi.

Yazılanları real həyatda görmək istəyənlər isə hotels24.az saytına daxil olaraq oteldə istədiyi nömrəni bron edə bilər. Təbii ki, əgər kimsə sizi qabaqlamayıbsa!!!