Tezliklə Bakıda məşhur "fast food" restoranlar şəbəkəsi olan Black Star Burger restoranı fəaliyyətə başlayacaq. Qeyd edək ki, bu restoranlar şəbəkəsinin sahibi məşhur reper Timatidir. Məlumatda xüsusi olaraq eyd olunur ki, Bakıda təklif olunacaq burgerlər mal və hinduşqa ətindən olacaqlar və bütün halal standartlara cavab verəcəklər.

Xatırladaq ki, adı çəkilən restoranlar şəbəkəsi ilk dəfə 2006-cı ildə Moskvada fəaliyyə başlayıb və hazırda bir çox rusiya şəhərlərində işləyir.