“TurStat” analitik agentliyi MDB-yə üzv olan və yaxın xaric ölkələrin ən məşhur dağ-xizək kurortlarının 2019-cu il üçün reytinq siyahısını açıqlayıb. Sorğu internet vasitəsilə aparılıb və 20 yanvar – Beynəlxalq Qar Gününə həsr olunub.

“TurStat”a istinadla xəbər verir ki, qış istirahəti üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə Azərbaycan, Belarus və Qazaxıstan kurortları daxil edilib.

Agentliyin apardığı sorğunun nəticələrinə əsasən, Azərbaycanın “Şahdağ” və “Tufandağ” kurortları 16 faiz, Qazaxıstanın Almatı şəhərinə yaxınlığında yerləşən “Çimbulak” – 23 faiz, Belarusun “Loqoysk” və “Siliçi” dağ-xizək kurortları isə 32 faiz səs toplayıb.

2012-ci ildən başlayaraq hər il qış mövsümündə yanvar ayının son bazar günündən əvvəlki bazar günü Beynəlxalq Xizəksürmə İdmanı Federasiyasının (FIS) təşəbbüsü ilə Dünya Qar Günü qeyd edilir.

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88