"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu il aprelin 2-dən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq. Bu barədə “Hotels24.az aviaşirkətə istinadən xəbər verir.
Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı "Airbus A319" tipli təyyarələrlə, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalından həyata keçiriləcək.
Azərbaycan və dünya üzrə ən böyük aviabilet bazası aviaradar.az saytına daxil olmaqla dünyanın istənilən şəhərinə bilet əldə edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88