Hesab edirik ki, Yeni İldə Azərbaycana ən çox Rusiyadan turistlər gələcək. Çünki bu təcrübə əvvəlki illərdə də özünü doğruldub. Ərəb ölkələrindən də gələcək turistlərin çox olması gözlənilir. İrandan gələn turistlərin sayında çox böyük azalma var. Çünki İran hökuməti bu sahədə müəyyən qadağalar qoyub. Hər dəfə ölkə ərazisini tərk edən iranlı turist hər ölkədən çıxış sayına görə, daha çox rüsum ödəyir. Bu səbədən qonşu İrandan gələn turistlərin sayının elə də çox olmayacağını güman etmək olar. Hotels24.az xəvər verir ki, bu sözləri OnTravel turizm şirkətinin meneceri Ağayar Həsənov bildirib.

Nə üçün Bakını seçirlər ?

Rusiyalı turistlər əsasən Bakını seçir. Çünki Bakı ruslar üçün tarixi bir yerdi. Burada bir çox Rusiya kinomatoqrafiyasına aid filmlər çəkilib.. Ona görə Bakıya gələndə mütləq şəkildə həmin kinoların çəkildiyi yerləri görmək istəyirlər. Bakıdan sonra isə rayonlara səfər etmək istəyirlər. Rayonlar arasında ən yaxını Quba olduğu üçün və Rusiya sərhəd ərazi olduğu üçün Quba və Qusar rusiyalı turistlərin marağını çox çəkir.

Bundan başqa rusiyalı turistlər Azərbaycan milli mətbəxini çox sevirlər. İçkilərimiz, çaxırlarımız , ət, pomidor bütün bunları çox sevirlər.. Tərəvəzlərimiz göy-göyərtilərimiz rusiyalı turistlərin ən çox bəyəndikləridir.

Rusiyada təbii? gemo olmayan meyvə-tərəvəz azdır və bahadır. Ona görə Azərbaycanda təmiz qidanı görüb valeh olurlar. Həmçinin milli mətbəximizin zəngin və dadlı olması nəinki rusiyalı dünyanın heç bir turistini biganə qoya bilmir deyə turizm şirkətinin nümayəndəsi bildirdi.

Bəzi turistlər bizi sırf şərq və müsəlman ölkəsi kimi tayırılar. Amma bura gəldikdə müasirliyi və qərblə şərqin qovuşduğu vəhdət olan bir dövlət olduğumuz görürlər. Bu da onların çox xoşuna gəlir deyə şirkətin meneceri Ağayar Həsənov bildirib.

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88