Yeni İl bayramına artıq sayılır günlər qalıb. Bu isə deməkdir ki, bir çoxları artıq bayram günlərində səfər etməyə məkanlar seçirlər və ya kimlərsə də artıq bu yerləri seçib. Odur ki, Hotels24.az Yeni ildə azərbaycanlı turistlərin əsasən hansı ölkələrə və ya şəhərlərə səfər etdiklərini öyrənib.

On Travel turizm şirkətindən verilən məlumata görə, azərbaycanlılar Yeni İl bayramını qeyd etmək üçün ən çox Moskva şəhərinə üz tuturlar. Adı çəkilən şirkətin tur meneceri Xəyalə Əsgərovanın sözlərinə görə, Moskva və Sankt-Peterburq azərbaycanlı turistlərin ən çox getdiyi istiqamətlərdəndi. Bu şəhərlərin səfər qiymətlərinə gəlincə isə şirkət rəsmisinin sözlərinə görə sentyabr oktyabr aylarında erkən rezervasiya dövründə Moskvaya və Sankt-Peterburqa tur paketləri 600-700 dollara olub. Hazırda isə bu istiqamətdə 4-gecə 5 gün oteldə qonaqlama, aviabilet, transfer, sığorta daxil 1 nəfərin səfəri 1200-1300 dollara başa gəlir.

Xəyalə Əsgərovanın sözlərinə görə, cütlüklər bal ayı ilə yanaşı Yeni İl Bayramında da ən çox sevdikləri istiqamətlərdən biri Fransanın paytaxtı Paris şəhəridir.

Şirkətin meneceri Ağayar Həsənovun sözlərinə görə, Yeni İl bayramında Moskvaya ən çox qrup halında dostlar, səfər edirlər. Rusiyanın digər şəhəri Sankt-Peterburqa isə azərbaycanlı turistlər ailəvi gedirlər. Sank-Peterburqa səfər edənlər daha çox bu şəhərdə vaxtı ikən təhsil alanalar və ya yaxın qohumları bu şəhərdə yaşayanlardı. Bu istiqamətdə daha çox vətəndaşlarımız aviabiletlərlə maraqlanırlar deyə şirkət rəsmisi bildirib.

Yeni İldə eqzotik ölkələrə səfər edənlər varmı, sualına şirkət nümayəndəsi Ağayar Həsənovov böyük marağın olmadığını bildirdi. Onun sözlərinə görə Tayland və bu tip digər ekzotik ölkələrə gedənlər olsa da bu çox az bir faiz təşkil edir deyə qeyd etdi. Buna səbəb isə belə istiqamətlərdə olan turların digərləri ilə müqayisədə bir qədər baha olmasıdır.

Azərbaycanlı turistlərin ən çox Rusiya və Türkiyəyə, səfər etdiklərini bildirən A. Həsənov Kiyevə də çoxlu sayda səfər edənlərin olduğunu bildirdi. Kiyevlə yanaşı BƏƏ –nin Dubay şəhəri də azərbaycanlı turistlər tərəfindən sevilən istiqamətdir deyə OnTravelin rəsmisi bildirdi.

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88