- Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək;
- Ən yaxşı milli internet resurslarımızın ölkəmizdə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq;
- İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək
- Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək
Hotels24.az xəbər verir ki, yuxarıda qeyd olunanlar Milli İnternet Mükafatı müsabiqəsinin təşkilatçılarının əsas prinsipləri hesab edilir. Lakin real həyatda bu prinsiplərin başqa bir prinsiplərlə əvəz edilməsini iddia etmək olar. Sual verirsiz ki, nə üçün? Onun üçün ki, artıq uzun müddətdir ki, fəaliyyət göstərib və Azərbaycanımızın turizmini bütün dünyaya elə əcnəbilərin dilində çatdıran Hotels24.az kimi bir lahiyə artıq iki ildir ki, nəinki qələbə hətta heç nominantlar arasına belə yer almır. Maraqlıdır seçim hansı prinsiplər əsasında aparılır!?
Müsabiqə təşkilatçıları iddia edirlər ki, onlar seçimi müsabiqəyə qatılan saytın və portalın aşağıdakı meyarlar əsasında seçirlər. Gəlin bu meyarlara nə dərəcədə cavab verə bildiyimizi elə siz oxucularla birlikdə qərar verək.
İlk meyar bəndi “Saytın məzmunu – kontentidir”
Meyarın birinci bölməsinin daxili bəndlərində qeyd olunur ki,saytın məzmunu ziyarətçinin diqqətini cəlb etməli və saytın təyinatına cavab verməlidir. Materiallar, aydınlıq, qısalıq və anlaşıqlılıq kimi xüsusiyyətlər gözlənilməklə, saytın auditoriyasına uyğun olmalıdır. Əsas meyarlar saytın informasiya cəhətdən zəngin və əhəmiyyətli olmasıdır.
Hörmətli münsiflər və MilliNetin təşkilatçıları Hotels24.az əsasən xidmət məzmunlu saytdır , Bu portal vasitəsi ilə dünyanın istənilən ölkəsindən olan insanlar 3 dildə, İngilis , Rus və Azərbaycan dillərində bu sayt vasitəsi ilə həm məlumat alır həm də xidmətlərindən istifadə edirlər. Bu sadalananlar saytın məzmunudur.
Portalın təyinata cavab verməsinə gəlincə isə fəaliyyətə başlanılan ilk gündən bu yana yüzlərlə insanlar xidmətimizdən istifadə edib. Özü də bu insanlar Azərbaycandan olmaqla yanaşı digər ölkələrdən olan turistlər da olub.
İnformasiyanın doğruluğu/etibarlılığı
Hotels24.az portalında təqdim edilən turizm obyektləri və otellərin hamısının ünvanları, otellərin təqdim etdiyi koordinantları və təklif etdiyi xidmətləridir. Hotels24.az-ın konsultantları ilə ünsiyyətə girməklə kontakt yaratmaq olar. Onu da nəzərinizə çatdıraq ki, dünyanın ən məşhur otel bronlama xidməti olan booking.com da belə bu xidmət yoxdur.
İnformasiyanın aktuallığı, unikallığı, dəqiqliyi və dolğunluğu
Portalımızda hətta təqdim edilən məqalələr belə oxucu zövqünə uyğun olaraq 3 bölməyə , xəbərlər, faydalı məlumatlar və vakansiyalar adlı bölmələrə ayrılıb ki, bu 3 bölmənin hər birində məhz o bölməyə və kontentə aid məlumatlar əldə etmək olar.
Bronlama xidmətinə gəldikdə isə otellərin qiymətləri, adları və koordinantlarında dəyişiklik olunarsa dərhal yenisi ilə portalın əməkdaşları və ya otel menecerləri tərəfindən əvəzlənir.
Saytın yenilənməsi
Hotels24.az daim yenilənir bu yenilənmə sayt ilə yanaşı portaldakı məlumatlarda da özünü əks etdirir . Hotels24.az-ıistənilən vaxt istənilən brauzer vasitəsi ilə tapmaq olar. Portalın hələ “1 yaşlı körpə” olmasına baxmayaraq hər gün minə yaxın ziyarətçi məhz təqdim edilən xidmətlərdən faydalanmaq üçün Hotels24.az-a daxil olur. Xidmətlərdən istifadə etməyən insanlar isə sosial şəbəkələrdə və saytın özündə daim paylaşılan turizm sahəsində yeniliklərlə məlumatlandırılırlar.
Saytın dizaynı
Bu meyarın ikinci bəndində qeyd olunur ki, Qrafika saytda olan məlumatları qəbul etməyə (dərk etməyə) mane olmamalıdır. Saytın dizaynı həm veb, həmçinin mobil ekranlara adaptivdir. Yuxarıda qeyd olunduğu kimi gün ərzində minə yaxın insan xidmətlərimizdən istifadə edir ki, bu da onu göstərir ki, xidmətlərimizdən istifadə edənlər üçün təqdim etdiyimiz məlumatlar anlaşıqlıdır.
Yuxarıda sadaladıqlarımız Milli Netin qoyduğu qaydalardı, hansıki hər millimetrinə əməl etməyimizə baxmayaraq "net" cavabı aldıq. Halbuki hələ ilin ortalarında Bitcoin goldla əməkdaşlığa başlayanda ABŞ-dan Koreyaya qədər bütün saytlar Hotels24.az-dan danışdı. Bu lahiyə Azərbaycanda ilk dəfə kriptovalyuta ilə ödəniş qəbul etməyə başladı. Bundan başqa Hotels24.az olaraq milli online ödəniş sisteminə də qoşulduq.
Sonda isə Milli Net təşkilatçıları üçün qısaca Hotels24.az haqqında məlumat vermək istərdik
Hotels24.az – öz şəxsi bron sistemi və inteqrasiya olunmuş beynəlxalq servisi sayəsində Azərbaycan üzrə otel və mənzilləri ödənişsiz bron etmək imkanı verən yerli sistemdir, eləcə də booking.com, agoda.com, hotels.com, expedia və digərləri kimi toplamda 67 onlayn bron sistemi ilə çalışmaqla 205 ölkədə 700.000-dən çox oteli tapıb, qiymətlərini müqayisə etmək imkanını verir. Sistemin əsas məqsədi otel axtararkən vaxtınıza qənaət etmək və qiymət üzrə sizə ən yaxşı təklifi tapmaqdır. Sizi əmin edə bilərik ki, mövcud onlarla onlayn bron sistemləri arasında Hotels24.az-dan ucuz qiymət ola bilməz. Əgər bu cür halla rastlaşsanız, bizimlə əlaqə saxlayın Sizə əlavə endirim edək.
Bizim komandanı yeganə hədəf birləşdirir – Sizə ölkəmizin istənilən bölgəsində, eləcə də dünyanın istənilən nöqtəsində qalmaq imkanını yaratmaq. Möhtəşəm otel, ya münasib yataqxana? Milionluq şəhər, ya çox da böyük olmayan qəsəbə? İstirahət, ya ezamiyyət? Siz əlavə vaxt və vəsait itirmədən yalnız ən yaxşı otel təklifləri əldə edecəksiniz.
Hotels24.az-in təqdim etdiyi bütün xidmətlər aşağıdakı qrafikada əks olunur: