Bank of Baku-da xidmət olunan Bolkart Diamond və Visa infinite kartları üzrə müştəri imtiyazlarında daha bir mühüm yeniliyi diqqətinizə çatdırırıq. Belə ki, artıq visa premium kart sahibi olan müştərilərimiz Heydər Əliyev adına Beynelxalq hava limanında Fast Track (“Fast Line” ) xidmətindən pulsuz istifədə edə biləcəklər.
VİSA Fast Track (“Visa Fast Line” ) - Sərhəd və Gömrük nəzarətindən və bəzi hallarda tələb olunarsa sanitar nəzarətdən sizin üçün xüsusi ayrılmış xidməti işçinin müşaiyəti ilə sürətli keçid imkanını təmin edən xidmətdir. 30.09.2020 tarixinədək limitsiz olaraq Bolkart Diamond və Visa infinite kart sahibi müştərilər limitsiz olaraq xidmətdən yararlana bilərlər.
“Visa Fast Line” xidməti üzrə mövcud üstünlüklər aşağıdakılardır:
sürətləndirilmiş reys qeydiyyatı proseduru;
sürətli baqaj təhvili və aviasiya təhlükəsizliyinin keçilməsi;
gediş və gəliş zamanı pasport yoxlanmasından növbədən kənar keçmə.
“Visa Fast Line” xidmətindən necə istifadə etməli / Gediş
Premium kart sahibi Terminal 1 və ya 2-dəki Salam Service stendinə yaxınlaşır və Salam Gold xidməti üçün tələbnamə təqdim edir.
Gecikmələrin qarşısını almaq məqsədilə qeyd olunan nömrələrə zəng edərək tələbnamə üçün öncədən müraciət etmək tövsiyə olunur: *1888 (Azərbaycan üçün qaynar xətt); +994 12 49727 72; +994 12 497 27 92; +994 50 446 27 72; +994 55 446 27 72
Aeroport işçiləri tələbnaməni qeydə aldıqdan sonra sərnişinə hansı çıxışa yaxınlaşmalı olduğunu bildirirlər.
Aeroport işçisi sərnişini terminalın lazım olan çıxışında lövhə ilə qarşılayır.
Sərnişin aeroport işçisiylə birlikdə ödəniş kartının təsdiqlənməsi üçün Salam Service stendinə yaxınlaşır.
Ödəniş kartı təsdiqlənmədən keçdikdən sonra sərnişinə portye xidmətləri təklif olunur.
Aeroport işçisi sərnişini qeydiyyat stendinə kimi müşayiət edir və növbədənkənar qeydiyyat aparır. Lazım olduqda gömrük bəyannaməsinin doldurulması üçün kömək təklif olunur. Daxili prosedurlardan sonra sərnişini minik üçün ümumi gözləmə zalına kimi müşayiət edirlər. Minik barədə elan verildikdən sonra aeroportun işçisi sərnişini müvafiq minik çıxışına kimi müşayiət edir.
“Visa Fast Line” xidmətindən necə istifadə etməli / Gəliş
Premium kart sahibi xidmətdən istifadə üçün gəlişdən ən azı 3 saat əvvəl tələbnamə ilə müraciət etməlidir.
Müraciət üçün bu nömrələrə zəng edin: *1888 (Azərbaycan üçün qaynar xətt); +994 12 497 27 72; +994 12 497 27 92; +994 50 446 27 72; +994 55446 27 72. Yaxud bu elektron ünvana yazın: [email protected].
Aeroport işçisi sərnişini lövhə ilə (ad və soyad) Terminal 1-in gəliş zonasında qarşılayır.
Qarşılamadan sonra aeroport işçisi sərnişindən pasportunu göstərməsini tələb edir. Pasportdakı məlumatların tələbnamədəki məlumatlara uyğunluğundan əmin olur və sərnişini sərhəd zonası önündə xüsusi stendə kimi müşayiət edir.
Ödəniş kartı təsdiqlənmədən keçdikdən sonra sərnişin agentin müşayiəti ilə uçuşdan sonrakı rəsmi prosedurları ayrıca stendlərdə növbədənkənar keçir (pasport və sərhəd yoxlaması).
Qeyd. Xidmətdən istifadə edən şəxslər həm özü, həm də onunla eyni reysdə uçan 2 yaşınadək uşaqları üçün xidmətlərdən pulsuz istifadə haqqını əldə edir. Digər hallarda Fast Track xidmətinin ödəniş haqqı 65 AZN təşkil edir.