Hotels24.az – öz şəxsi bron sistemi və inteqrasiya olunmuş beynəlxalq servisi sayəsində Azərbaycan üzrə otel və mənzilləri ödənişsiz bron etmək imkanı verən yerli sistemdir, eləcə də booking.com, agoda.com, hotels.com, expedia və digərləri kimi toplamda 67 onlayn bron sistemi ilə çalışmaqla 205 ölkədə 700.000-dən çox oteli tapıb, qiymətlərini müqayisə etmək imkanını verir. Sistemin əsas məqsədi otel axtararkən vaxtınıza qənaət etmək və qiymət üzrə sizə ən yaxşı təklifi tapmaqdır.

Hotels24.az sizə ölkəmizin istənilən bölgəsində, eləcə də dünyanın istənilən nöqtəsində qalmaq imkanını yaradır. Möhtəşəm otel, ya münasib yataqxana? Milionluq şəhər, ya çox da böyük olmayan qəsəbə? İstirahət, ya ezamiyyət? Siz əlavə vaxt və vəsait itirmədən yalnız ən yaxşı otel təklifləri əldə ede bilərsiniz.

Bəs bron necə edilir?

Siz çətinlik çəkmədən özünüz saytda otel bronunu reallaşdıra bilərsiniz. Bunun üçün otelin adını və otelə giriş-çıxış tarixlərinizi bilməyiniz kifayətdir.

I Addım. Siz Azərbaycanda şəhərin və ya otelin adı, giriş-çıxış tarixlərini, eləcə də fərdlərin sayını axtarış sisteminə qeyd edirsiniz.

II Addım. Sizə təklif olunan variantlardan otelin adını seçirsiniz.

III Addım. Qalmaq istədiyiniz otaq növünü seçib, bronu təsdiqləyirsiz

Ərizəni göndərdikdən sonra, operator sizin tərəfinizdən seçilmiş otel nömrəsinin boş olub-olmadığını dəqiqləşdirir və 20 dəq ərzində sizinlə əlaqə saxlayır. Əgər siz özünüz saytda otel axtarmağa vaxt itirmək istəmirsinizsə, bron etmək üçün sadəcə 012 408 88 88; 070 608 38 88 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz