Cari ilin 22 dekabrtarixindənetibarən "AzərbaycanHavaYolları" (AZAL) Bakı-Küveyt-Bakımarşrutuüzrəmüntəzəmuçuşlarhəyatakeçirəcək.

AZALJ2-119/J2-120 reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri,ekonom sinif və komfort-klubkonfiqurasiyalı Airbus A319 tipli təyyarə iləhəyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir.

Qeyd edək ki, əvvəllər Küveyt istiqaməti üzrə uçuşlar aviaşirkət tərəfindən çarterproqramı əsasında həyata keçirilirdi.

Küveyt Yaxın Şərqin müasir şəhərlərinin həyatı ilə tanış olmaq istəyən səyahətçilərin ürəyincə olacaq. Burada ən gözəl«GrandMosque» məsçidini, unikal ekspozisiyalı muzeyləri, möhtəşəm sarayları ziyarət etmək olar, daha sonra isə Kuwait towers göydələninin yuxarımərtəbələrindəki restoranında şam yeməyinəqatıla bilərsiniz. Bundan əlavə Küveytdə ziyarətçilər üçün açıq olan «KuwaitiStock Exchange» fond birjasını da ziyarət edə bilərsiniz.

Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində vəwww.azal.az saytındatəxsis etmək və əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə, aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat Aviaşirkətin www.miles.azal.az saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=ru keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

Elektron poçt: [email protected]

WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər üçün, bu nömrəyə zənglər qəbul edilmir)

AZAL Miles bonus proqramına dair sualları [email protected] ünvanına, yaxud www.azal.az saytında doldurulan əlaqə forması vasitəsilə göndərə bilərsiniz.

Sərfəli qiymətə aviabilet almaq istəyənlər aviaradar.az saytına, ucuz qiymətə otel bron etmək istəyənlər isə Hotels.24.az saytının xidmətlərindən istifadə etməklə yararlana bilərlər. Booking.com dan fərqli olaraq sualları olanlar zəng də edə bilərlər. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88