Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhəri yaxınlığında yerləşən "Platov" hava limanından Bakıya birbaşa uçuşlara başlanılır. Rostovdan Bakı istiqamətində ilk təyyarə iyulun 6-da havaya qalxacaq.

Uçuşlar həftədə bir dəfə – şənbə günləri "Sukhoi Superjet 100" təyyarələri ilə həyata keçiriləcək. Təyyarə "Platov"dan yerli vaxtla 15:00-da havaya qalxacaq və 18:20-də Bakıya eniş edəcək. Beləliklə, uçuş vaxtı 2 saat sürəcək. Bakıdan Rostova təyyarələr 12:50-də uçacaq və 13:50-də "Platov"da yerə enəcək.

Bir istiqamətdə biletin qiyməti təqribən 190 dollardır.

Məlumat üçün bildirək ki, Aviaradar.az saytı vasitəsi ilə endirimli qiymətə istənilən istiqamətə aviabilet ala bilərsiz. Sualları olanlar 012 408 88 88; 070 608 38 88 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər