“Buta Airways” aşağıbüdcəli aviaşirkət Tbilisiyə müntəzəm uçuşların sayını artırır.

Hotels24.az məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazəni verib.

Aviaşirkət yay mövsümündə - iyunun 15-dən sentyabrın 15-dək Bakı-Tbilisi-Bakı istiqaməti üzrə əlavə olaraq 5 uçuş yerinə yetirəcək.

Bakıdan Tbilisiyə həftədə, ümumilikdə, 19 reys (“Buta Airways” – 17 reys, AZAL – 2 reys) həyata keçiriləcək.

Uçuşlar "Embraer E190", "Airbus A319", "Airbus A320" və "Boeing B757" tipli təyyarələrlə yerinə yetiriləcək.

Qeyd edək ki, AZAL-ın nəzdində fəaliyyət göstərən “Buta Airways” şirkəti 2017-ci ilin sentyabrından Bakı-Tbilisi reyslərini yerinə yetirir. Bu gündən etibarən isə şirkət Bakı-Batumi istiqaməti üzrə uçuşlara başlayıb.

Hotels24.az , OnTravelAviaradar.az turizm şirkəti səyahət sevərlər üçün əla imkan yaradır. Belə ki, BirKartdan istifadə etməklə 3,6,9 və 12 aya bölməklə faizsiz ödəniş etməklə istənilən istiqamətə səyahət paketi almaq olar.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88