Bakı Olimpiya Stadionu UEFA-nın "Elit stadionlar"siyahısına daxil edilib.

Hotels24.az xəbər verir ki, Apanın məlumatına görə, bununla bağlı arena rəhbərliyinə fəxri diplom təqdim olunub.

Azərbaycanın ən böyük idman qurğusunun “Alyans Arena”, “Aviva Stadium”, “Nou Kamp” və “Santyaqo Bernabeu” kimi məşhur stadionlarla eyni siyahıya düşməsində Avropa Liqasının mayın 29-da keçirilən final oyununun yüksək səviyyədə təşkili böyük rol oynayıb.

Yerli Əməliyyat Komitəsinin və AFFA əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarının yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işləri, könüllülərin tamaşaçı xidmətləri, və stadionu dolduran azarkeşlərin dəstəyi ilə ərsəyə gələn gecənin sonunda Bakı bir daha mötəbər idman tədbirlərinə daim hazır olduğunu sübut edib. Bu da UEFA-nın da diqqətindən yayınmayıb. 2015-ci ildən fəaliyyətə başlayan və hər il ən az bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu qurumdan bu mükafata layiq görülüb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu UEFA-nın 60 illiyi münasibəti ilə 12 müxtəlif stadionda keçiriləcək UEFA AVRO-2020-nin dörd oyununa ev sahibliyi edəcək.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88