Milli internet mükafatı olan NETTY – ninnominantlarının seçiminə başlanılıb. 24-31 may tarixlərində münsiflər hər nominasiya üzrə 3 nominant seçəcəklər.

NETTY 2019 qaliblərinin adları isə 1 iyun tarixində bəlli olacaq. Ekspert Şurası və Virtual münsiflər nominantları seçdikdən sonra yekun nəticədə qaliblərin seçilməsinə NETTY akademiyasının üzvləri də qatılacaq. Tədbirin qaliblərinə mükafatlar təntənəli şəkildə təqdim olunacaq.

Qeyd edək ki, internet istifadəçiləri nominantların seçilməsinə təsir edə bilərlər. Belə ki, virtual münsif qismində çıxış etmək istəyənlər qeydiyyatdan keçməklə istədikləri layihəyə səs verərək favoritlərini qalib edə bilərlər.

Müsabiqədə yaxşı tanıdığınız Hotels24.az və Aviaradar.az portalları da iştirak edir. Adı çəkilən layihələr müvafiq olaraq ən yaxşı turizm və istirahət saytı həmçinin ilin mobil proqramı nominasiyasında təmsil olunurlar. Yeri gəlmişkən onuda qeyd etmək lazımdır ki, www.aviaradar.az - Dünyada mövcud olan 728 fərqli hava yolu , 45 müxtəlif agentlik və 5 bron sistemi ilə əməkdaşlıq edərək internetdə olan ən ucuz aviabiletləri skan edib, sizə göstərir, online alışını təmin edir.

www.hotels24.az - Ölkə üzrə 200-dən çox hotel , dünya üzrə 1 milyondan artıq ev və hoteli daxilində birləşdirir.Əlavə olaraq avtomobil icarəsi,səyahət siğortası,tədbirlər və biletlər,dəniz kruizləri və transfer xidmətlərini portal vasitəsi ilə sifariş edə bilərsiniz.Portal vasitəsi ilə nəğd və eləcə də kart və ya kripto valyuta ilə ödəniş edərək hotel və fərdi ev bron edə bilərsiniz.Portalın daha bir unikal təklifi isə bron etmək istədiyiniz hotelləri 3,6,9 və 12 aylıq faizsiz taksitlərə bölərək ödəniş imkanı verməsidir.

Hotels24.az söz düşmüşkən onu da qeyd edək ki, bu portal ölkənin ən böyük turizm portalıdır. Belə ki, Hotels24.az vasitəsilə Azərbaycanda 200 otel , dünya üzrə isə 1 milyondan artıq otel araşdırıb bron etmək mümkündür. Amma Hotels24.az-ın xidmətləri bununla bitmir, portal vasitəsi ilə kruizlər, transferlər və hətta avtomobillərin icarəsi belə təşkil olunur. Bütün bunlarla yanaşı Hotels24.az müştəriləri üçün Birkart vasitəsi ilə 3 aydən 12 aya kimi faizsiz kreditlə səyahət paketləri təqdim edir.

Müsabiqəyə gəlincə isə NETTY 2019 çərçivəsində həvəskarlar üçün də xüsusi nominasiyalar üzrə də səsvermə keçirilir.

Tədbirin dəstəkçisi Nəqliyyat, Rabitə və Yüksən Texnologiyalar Naziliyidir. Həmçinin tədbirin baş sponsoru “Nar”, qızıl sponsor “AZCLOUD”, gümüş sponsoru qismində isə “FOMINOV Consulting” şirkəti çıxış edir.

NETTY mükafatı 2004-cü ildə yaradılıb. Bu layihə Azərbaycanda informaiya texnalogiyaları sahəsində ilk peşəkar mükafatlandırma mərasimidir.