Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 292,9 min nəfər təşkil edib. Hotels24.az xəbər verir ki, bu barədə “Report”un Gürcüstan bürosu əlumat verib. Qeyd edilən məlumat Gürcüstanın Milli Statistika İdarəsinin rüblük hesabatında bildirilib.
Yanvar-mart aylarında Azərbaycandan olan turistlər qonşu ölkəyə səfər edən əcnəblər arasında say baxımından birinci yeri tutub. İllik müqayisədə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 3% artıb.
Birinci rübdə Gürcüstana 1,6 mln. nəfər əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 2,2% çoxdur.
Hesabat dövründə Gürcüstana səfər edənlərin böyük əksəriyyətini (48%) 31-50 yaş qrupuna daxil olan şəxslər təşkil edib. Ziyarətçilərin 34,8%-ni qadınlar, 65,2%-ni isə kişilər təşkil edib. Birinci rübdə Gürcüstana gedən əcnəbilərin 35,8%-i bu ölkəyə istirahət məqsədilə səfər edib.
Qonşu ölkəyə səfərlərin 43%-i paytaxt Tbilisi, 18%-i isə Kvemo Kartli bölgəsinin payına düşüb.
Yanvar-mart aylarında əcnəbilərin orta gecələmə sayı 3,7-yə bərabər olub ki, bu da illik müqayisədə 14,5% azdır. Səfərlərin 79,5%-i təkrar səfərlər olub.
Səfərlər zamanı əcnəbi ziyarətçilərin xərcləri 1,2 mlrd. lari təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 15,2% azdır. Bir səfər üçün orta xərclər isə illik müqayisədə 16,1% azalaraq 889,7 lariyə (324 dollar) bərabər olub.
Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88