Həmişə tələsən sərnişin əşyasını hava limanında unutmaq kimi pis vərdişə malikdir. Əgər əşya sahibi öz malını təhvil almırsa, həmin əşyanın aqibəti necə olacaq? Türkiyədə belə qayda var: malını unutmuş sərnişin 3 aya həmin əşyanı təhvil almasa, hava limanı onu ikinci əl olaraq satışa çıxarır.
Bəs Azərbaycanda belə hal baş verərsə, itmiş əşyanın taleyi necə olur?
Mediaya açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, sərnişinlərin geri almadığı, o cümlədən unudulan baqaj “Sərnişinlərin, baqaj və yükün daşınması qaydaları”nın 15.18.2-ci bəndinə uyğun olaraq “Azərbaycan Hava Yolları” QSC-nin müvafiq xidmətlərinə saxlanılmaq üçün təhvil verilir.
Paşa Kəsəmənski həmçinin qeyd edib ki, baqajın saxlanma müddəti 6 aydır, zaman bitdikdən sonra baqaj müəyyən olunmuş qaydada realizə olunur.
Sərfəli qiymətə aviabilet almaq istəyənlər aviaradar.az saytına, ucuz qiymətə otel bron etmək istəyənlər isə Hotels.24.az saytının xidmətlərindən istifadə etməklə yararlana bilərlər. Booking.com dan fərqli olaraq sualları olanlar zəng də edə bilərlər. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88