Bu gün SOCAR Azərbaycan Qran-prisinə start veriləcək.
Hotels24.az-ın məlumatına görə, paytaxtımızda ardıcıl dördüncü dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə start götürəcək.
Bakı trasına çıxacaq bolidlər sərbəst yürüşdə treki sınaqdan keçirəcəklər. “Formula-2” pilotları günün ikinci yarısında isə sıralama yarışında mübarizə aparacaqlar.
Bu gün “Formula-1” üzrə 2 sərbəst yürüş də təşkil olunacaq.
Azərbaycan Qran-prisi
26 aprel
11:00-11:45. “Formula-2”. Sərbəst yürüş
11:10-11:30. Avtoqraf sessiyası (“Red Bull”)
11:30-11:50. Avtoqraf sessiyası (“Ferrari”)
11:50-12:10. Avtoqraf sessiyası (“Reno”)
13:00-14:30. “Formula-1”. Birinci sərbəst yürüş
15:00-15:30. “Formula-2”. Sıralama yarışı
17:00-18:30. “Formula-1”. İkinci sərbəst yürüş
Qeyd edək ki, Qran-priyə aprelin 28-də yekun vurulacaq.
Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88