Bu ilin yanvar-mart aylarında Azərbaycan üzrə mehmanxanalarda 545,4 min gecələmə keçirilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% azdır.

Hotels24.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gecələmələrin 61,7%-i Bakıda, 7,8%-i Qəbələdə, 7,5%-i Qusarda, 4,3%-i Naftalanda, 4,1%-i Naxçıvan Muxtar Respublikasında, 3,2%-i Qubada, hər birində 1,3% olmaqla Qax və Mingəçevirdə və 0,9% olmaqla Lənkəran və Gəncədə, 0,8%-i Şamaxıda, 0,7%-i Tovuzda, 0,3%-i Xaçmazda, 5,2%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Hesabat dövründə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1% azalaraq 377,7 min olub ki, bu da ümumi gecələmələrin 69,3%-ni təşkil edir.

Gecələmələrin 15,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 13,1%-i Rusiya Federasiyası, 7,1%-i İran, 6,1%-i Türkiyə, 5,9%-i Hindistan, 5,5%-i Səudiyyə Ərəbistanı, 3,9%-i Küveyt, 2,9%-i Böyük Britaniya, 2,6%-i Pakistan, 2,3%-i Qətər, 2,1%-i İsrail, 2,0%-i İraq, 1,9%-i ABŞ, 1,7%-i Qazaxıstan, 1,3%-i Oman, 1,1% Ukrayna, 0,9%-i Almaniya, 0,7%-i Bəhreyn, 23,8%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5%-i Bakı şəhərində, 5,7%-i Qəbələdə, 4,6%-i Qusarda, 4,3%-i Naxçıvan Muxtar Respublikasında, 3,8%-i Naftalan şəhərində, 1,7%-i Qubada, 0,6%-i Gəncədə, 1,8%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci illin yanvar-mart ayları ilə müqayisədə 14,6% artaraq 167,7 minə çatıb.

Cari ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% az və ya 71,3 milyon manat olub ki, onun da 62,3% nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,0% içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Bu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 15,7% təşkil edib. Bu göstərici Naftalanda 42,6%, Şəmkirdə 38,2%, Beyləqanda 27,8%, Bakıda 27,7%, Qusarda 22,8%, Naxçıvan Muxtar Respublikasında 21,5%, Qəbələdə 20,7%, Şirvanda 16,3%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (16,4%) mart ayında qeydə alınıb.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88