Hotels24.az xarici KİV-ə istinadən xəbər verir ki, 2017-ci ildən fəaliyyəti dayandırılan dəbdəbəli kompleksi “Titanic Hotels” otellər şəbəkəsi icarəyə götürüb. Otel “Titanic Mardan Palace” adı altında işləyəcək.

180 min kvadrat metr sahəsi olan otelin tikintisinə 1 milyard ABŞ dollarına yaxın vəsait xərclənib. Onun tərtibatı zamanı xrustal, qızıl və italyan mərmərindən istifadə olunub. Çimərlik üçün isə Misirdən 9 ton qum gətirilib. Oteldə 543 nömrə və 38 restoran və bar var. 2009-cu ildə istifadəyə veriləndə otelə 7 ulduz adı belə verildi.

“Mardan Palace” müflis azərbaycanlı oliqarx, “Çerkizov” bazarının keçmiş sahibi Telman Mərdan oğlu İsmayılova məxsus idi. 2015-ci ilin noyabr ayında otel İsmaylovun ən iri kreditoru olan “Halkbank”a 360,5 milyon lirəyə satıldı. Otel ilkin olaraq 719 milyon lirə həddində qiymətləndirilsə də alıcıya demək olar ki, iki dəfə ucuzuna başa gəlib.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88