EasyJet təyyarəsinin pilotları , təcili eniş etdikdən sonra sərnişinlərsiz uçub. Hotels24.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Təyyarə “Gatwick” London hava limanından göyə qalxdıqdan bir neçə saat sonra geri dönməli olub. Çünki Lissabonda eniş zolağı bağlı olub.
Lakin Lissabonda eniş edə bilməyən təyyarə Portuqaliyanın Portu şəhərində eniş edib. Təyyarə adı çəkilən şəhərdə eniş edəndən sonra sərnişinlərdən xahiş olunub ki, təyyarəni tərk etsinlər ki, təyyarə yanacaqla təmin edilsin. Lakin 5 saat sonrs sərnişinlərə bildirirlib ki, təyyarə Lissabona onlarsız uçub.
Biz hamımız eşitdiyimiz hadisədən sonra şokda idik. Bizi Portudan Lissabona avtobvusla gətirdilər – deyə təyyarənin sərnişinlərindən olan Frezer Rendel deyib.
Hadisə ilə bağlı easyJet rəsmisi bildirib ki, baş verən hadisəyə səbəb təyyarənin ekipajının iş vaxtı limitini keçməsi olub. Daha sonra şirkət rəsmisi baş verənlərə görə üzr istəyib.
Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88