Bu gündən etibarən Rusiyanın “IrAero” aviaşirkəti Çelyabinsk-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayıb.Hotels24.az xəbər verir ki, ONA-nın aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II günü “Sukhoi Superjet 100” avialayneri ilə yerinə yetirilir. Bakıdan Çelyabinskə təyyarə saat 13:00-da, əks istiqamətdə isə yerli vaxtla saat 19:00-da havaya qalxır. Uçuşun ümumi vaxtı 3 saat təşkil edir.
İyunun 20-dən etibarən sözügedən aviareys üzrə uçuşlar həftənin IV günləri həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88