“Türk Hava Yolları” aprelin 22-dən etibarən Ankara-Bakı-Ankara aviareysi üzrə birbaşa uçuşlara başlayacaq.
Aviaşirkətdən verilən məlumata görə, Ankara-Bakı istiqamətində uçuşlar həftənin I, III və V günləri saat 23:45-də, əks istiqamətdə isə II, IV və VI günləri saat 04:30-da yerinə yetiriləcək.
Bununla da “Türk Hava Yolları” aviaşirkəti Türkiyənin üç fərqli şəhərindən Bakıya birbaşa uçuşlar həyata keçirəcək – İstanbul, Ankara və Antalyadan.
Qeyd edək ki, sözügedən marşrut üzrə may ayının sonuna minimal biletin qiyməti 247 manat təşkil edir.
Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88