Macarıstanın loukoster şirəti «Wizz Air» Kutaisidən Avropaya 8 yeni mövsümi reys işə salır. Gürcüstan mətbuatının yaydığı məlumata görə, yay mövsümünün sonunadək (oktyabrın 27-dək) şirkət Gürcstandan Hollandiyanın Eyndhoven şəhərinə,Estoniyanın paytaxtı Tallinə, Belçikanın paytaxtı Brüsselə, Danimarkanın paytaxtı Kopenhagenə, İtaliyanın Bari və İsveçrənin Bazel şəhərlərinə, eləcə də Polşanın Krakov və Qdansk şəhərlərinə uçacaq.
Reyslər A320 və A321 təyyarələri ilə həyata keçiriləcək. Qdanska uçuşlar artıq martın 31-dən başlayıb. Digər 7 istiqamətə isə avqustdan başlanacaq.
Rəsmi məlumatlara görə, «Wizz Air» 2018-ci ildə Gürcüstanın ən populyar aviaşirkətinə çevrilib.Ölkənin aviasiya bazarında macar şirkətinin payı 12% təşkil edir. Ötən il «Wizz Air» Gürcstanda 587,2 min nəfərə xidmət göstərib. Hazırda şirkət Kutaisidən 21 istiqamətə uçur.
Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88