Sentyabrdan etibarən Parisdə ictimai nəqliyyat uşaqlar üçün pulsuz olacaq. Bu şansdan hətta əcnəbi uşaqlar da yararlana biləcəklər. Beləki 4 - 11 yaşlı uşaqlar ictimai nəqaliyyatdan pulsuz istifadə edəcəklər. Yenilik Fransa hökumətinin tabeliyində olan RATP və RER şirkətlərinin xidmətlərinə aid olacaq. Bu yenilik Paris üçün 15 milyon avroya başa gələ bilər. Həmçinin fiziki qüsurlu uşaqlar da ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər. Bu vaxta kimi pulsuz ictimai nəqliyyatdan yalnız fizki məhdud uşaq olmayan insanlar istifadə edə bilirdi.

Azərbaycanda da bir sıra şəxslərin ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüquqları var: "Hazırda müntəzəm marşrut avtobuslarında 5 yaşa qədər uşaqlar, həqiqi hərbi xidmət keçən qulluqçular - yəni, əsgərlər və xidməti vəzifəsini yerinə yetirən polislər pulsuz istifadə edirlər".

Məlumat üçün bildirək ki, Bakı metrosundan da 7 yaşadək uşaqlar, metropoliten işçiləri, metro veteranları (vaxtilə metropolitendə çalışmış və "veteran" statusu almış şəxslər), xidməti vəzifə başında olan polis əməkdaşları, ədliyyə polisi, müddətli həqiqi hərbi xidmət qulluqçuları pulsuz istifadə hüququna malikdirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda göstərilən qaydaya əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Eyni zamanda, “Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər. Bununla yanaşı, “Polis haqqında” Qanunun 38-ci maddəsinin 4-cu hissəsinə əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88