"Economist Intelligence Unit" araşdrıma mərkəzi yaşayış xərclərinə görə şəhərlərin reytinqini hazırlayıb. Haqzırlanmış beynəlxalq reytinq 100 -ə yaxın məhsul və xidmətlərin qiymətlərinə görə tərtib olunub. Ümumilikdə 133 şəhərdə hesablamalar aparılıb.
Siyahıda ilk pilləni 3 şəhər tutub. Sinqapur Honkonq və Paris dünyanın ən bahalı şəhərləri adını qazanıblar. Məlumat üçün bildirək ki, Sinqapur dünyanın ən bahalı şəhəri adını artıq neçə illərdi ki, özündə qoruyub saxlayır.
Siyahının növbəti pillərində isə İsveçrədə yerləşən Syurix və Cenevrə şəhərləri yer alır.
Araşdırma zamanı bəlli olub ki, ən ucuz şəhərlər sırasında isə ilk yeri Venesuela paytaxtı Karakas tutur. Bu şəhərdə ötən il inflyasiya 1000000% olub. Ən ucuz şəhərlər arasında ikinci pillədə Suriya paytaxtı Dəməşq şəhəri yer alıb. Növbəti pillələrdə isə Daşkənt (Özbəkistan) Alma-Ata (Qazaxıstan), Banqalore (Hindistan) şəhərləri yer alıb.
Reytinqdə adları yer alan şəhərlərdə yaşam qiymət indeksi 69% təşkil edib. Halbuki ötən il bu göstərici 73% olub. Həyatın orta yaşam indeksi 5- il bundan qabaqkı göstəricilərlə müqayisədə olduqca aşağıdır.
Belə ki, 5 il bundan öncə həyatın orta yaşam indeksi 82%, 10 il öncə isə 89% olub.
Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88