Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5% artaraq 731,6 min nəfər olub. Hotels24.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə vətəndaşlarının 36,5%-i İrana, 26,2%-i Gürcüstana, 18,4%-i Rusiyaya, 9,8%-i Türkiyəyə, 1,1%-i Ukraynaya, 1%-i Birləşmiş Ərəb Əmirliklərinə, 7%-i isə digər ölkələrə səfər ediblər. Gedənlərin 67,7%-i kişilər, 32,3%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8%, Rusiyaya gedənlərin sayı 7,3%, Gürcüstana gedənlərin sayı 7%, Türkiyəyə gedənlərin sayı isə 1,9% artıb.

Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83%-i dəmir yolu və avtomobil, 16,1%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88


Самые посещаемые Азербайджаном страны азербайджанчами в этом году известны