Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 52 ölkəsindən 364,2 min və ya 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Hotels24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 29,8%-i Gürcüstan, 27,6%-i Rusiya, 12%-i Türkiyə, 5,8%-i İran, 3,6%-i BƏƏ, 1,8%-i Ukrayna, 1,7%-i Hindistan, 1,5%-i Pakistan, 1,4%-i İraq, 14,7%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 72%-ni kişilər, 28%-ni isə qadınlar təşkil edib.

Azərbaycana cari ilin yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Misir (2,8 dəfə), Hindistan (1,8 dəfə), Pakistan (1,8 dəfə), Türkmənistan (1,6 dəfə), Macarıstan (47,7%), Çin (32,7%), Yaponiya (32,3%), Oman (24,4%), Cənubi Koreya (23,8%), Gürcüstan (23,7%) və Polşa (21,3%) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6% artaraq 11,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,9% azalaraq 121,9 min nəfər olub.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,9%-i dəmir yolu və avtomobil, 35,2%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88