Almaniyada fəaliyyət göstərən InStyle dərgisi həftəsonları Avropada az büdcə ilə yaxşı istirahət etmək üçün uyğun olan şəhərlərin siyahısını hazırlayıb. Hesablamalara görə, ötən il 11 milyona yaxınAlman qısamüddətli olaraq Avropa şəhərlərinə səyahət edib.
Aparılan təhlillərdən belə məlum olub ki, ən az büdcə tələb edən şəhərlərdən biri də azərbaycanlı turistlərə də çox yaxşı tanış olan Ukrayna paytaxtı Kiyevdir. Dərginin hesablamalarına görə, bu şəhərdə iki nəfərin 3 ulduzlu oteldə bir gün qonaqlması orta hesabla 36 avroya başa gələcək. Hesablamalara görə iki nəfər turistin həftəsonlarını bu şəhərdə keçirmək üçün 250 avrodan az pul lazımdır.
Ən ucuz şəhərlər sırasında ikinci yerə Polşanın Krakov şəhəri qərarlaşıb. Krakovda otel və hostel qiymətləri bir qədər baha olsa da qidalanma da yetərincə qənaət etmək olar. Belə ki, şam yeməyi orta hesabla 5 avro təşkil edəcək. Ümumilikdə bu şəhərdə iki günlük qonaqlama 250 varoya qədər xərc tələb edəcək.
Ən ucuz şəhərlər nominasiyasında bürünc medala Polşa paytaxtı Varşava layiq görülüb. Otel qiymətləri Kiyevdəki qiymətlərlə demək olar ki, eynidir. Ən ucuz Avropa şəhərlərinin top 10-da həmçinin Belqrad, Budapeşt, Riqa, Drezden, Berlin, Bratislava və Hamburq yer alıb
Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88